Xəstəxanadakı tükürpədən qətlin təfərrüatı: Qısqanclıq üstündə olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |    

Xəstəxanadakı tükürpədən qətlin təfərrüatı: Qısqanclıq üstündə olub

İyunun 10-da Bakıda xəstəxanada törədilmiş qətlin bəzi təfərrüatı məlum olub.

Yasamal rayon Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, qətlə yetirilmiş 41 yaşlı İbrahimova Xavər Arif qızı Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qeydiyyatçı işləyib.

Qeyd edək ki, bazar ertəsi 09:10 radələrində Şərifzadə küçəsində yerləşən adıçəkilən müəssisənin həyətində 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu vətəndaş nikahında olduğu həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının sinə və boğaz nayihəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən keçinib.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində həmin şəxs 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib. İyunun 10-da əlinə bıçaq alaraq, qadını Elmi Cərrahiyə Mərkəzinin həyətində gözləyib, onu görən kimi hücum edərək, boğazını kəsib.

Fakt üzrə qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

Qeyd edək ki, iyunun əvvəlindən bəri Bakıda altı qətl hadisəsi qeydə alınıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 871 11.06.19 12:01