Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Qurbanlı Nasir Elçin oğlu minik avtomobili tərəfindən vurulub.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.