"Nənələr" qədər məşhur olan "Nəvələr" - VİDEO - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |    

"Nənələr" qədər məşhur olan "Nəvələr" - VİDEO - FOTO

Adı dillər əzbəri olan Lənkəranın "Nənələr" folklor qrupu ölkəmizdə çox məşhurdur. Təkcə gözəl ifaları ilə deyil, həm də milli folklorumuzun tərənnümçüsü kimi tanınan "Nənələr"in davamçıları olan "Nəvələr" də onlardan geri qalmır. Altı ildir yaradılan "Nəvələr" indi 45 ildən çox yaşı olan "Nənələr" qrupu qədər sevilir və tanınır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, "Nəvələr" qrupu 2013-cü ildə Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının nəzdində yaradılıb. Ən böyüyünün 5, ən kiçiyinin isə 3 yaşı var.

Qrupun yaradıcısı və rəhbəri Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının musiqi rəhbəri İlahə Nuriyeva deyir ki, seçim zamanı musiqi duyumlu uşaqlara üstünlük verirlər: "Nənələr"indən stimul alan qrupumuzun heyəti hər il təzələnir. Çünki uşaqlar böyüdükcə məktəbə gedirlər. Bu zaman qrupumuzun üzvləri azalır. Biz də qrupa hər il yeni üzvlər cəlb edirik. Daha çox musiqi istedadı olan fəal uşaqları seçirik".

"Nəvələr"in ifa etdiyi mahnılar, səhnə davranışı və geyimləri "Nənələr" folklor qrupu ilə eynilik təşkil edir. Şux rəqslərinə, ifaçılıq qabiliyyətlərinə görə bütün tədbirlərdə böyük alqış qazanan "Nəvələr" "Nənələr" qrupu ilə səhnəni tez-tez bölüşürlər. "Nənələr" qrupunun ən böyük üzvü olan Xanımbacı Quliyeva da balaca fidanların çıxışlarını bəyənir: "Bu körpələr mənim nəticəm yaşındadırlar. Hamısını çox istəyirəm. Bu istedadlı balalar bizimlə birgə yola çıxıblar. İnşallah gələcəkləri də yaxşı olar".

1970-ci ildə Lənkəran Şəhər Mədəniyyət Şöbəsində "Bacılar" adı ilə yaradılan, sonradan 1997-ci ildə ümummilli lider Heydər Əliyevin təklifi ilə "Nənələr" adı ilə fəaliyyətini davam etdirən folklor qrupu kimi, "Nəvələr" də folklor nümunələrini böyük həvəslə öyrənir. "Nənələr" qrupunun digər üzvü Müşərrəf Məmmədova deyir ki, bu fidanlar "nənələr"i kimi repertuarlarını zənginləşdirməlidirlər: "Eşidəndə ki, belə qrup yaradılıb çox sevindik. Necə ki, biz milli adət-ənənəmizi, folklorumuzu qoruyub saxlayırıq, "Nəvələr" də bizim kimi bu sənəti yaşadırlar. Üç-dörd il olar ki, "Nəvələr"lə bir yerdə dövlət tədbirlərində iştirak edirik".

İnanırıq ki, "Nənələr" qrupunun xalq mahnılarımızın və milli rəqslərimizin qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində oynadığı rolu bu balacalar bundan sonra da uğurla davam etdirəcəklər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 222 12.04.19 23:52