Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |    

Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb - FOTO

East Anglia Universitetinin (UEA) alimləri okean çökəkliyində mikroskopik canlılar haqqında yeni məlumatlar əldə ediblər.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi alim və tədqiqatçıların diqqətini cəlb edir. Tədqiqat rəhbərlərindən olan Xiao-Hua Zhang deyib: "Biz Mars barədə dənizin ən dərin hissələrindən daha çox məlumatlıyıq".

UEA-nın alimi Jonathan Todd Marian çökəkliyində karbohidrogenlərlə qidalanan bakteriyalar qrupu aşkarladıqlarını bildirib. Onun sözlərinə görə, karbohidrogenlər hidrogen və karbon atomlarından ibarətdir. Bu, xam neft və təbii qazda da mövcuddur. Həmin mikroorqanizmlər neftlə qidalanaraq yaşayırlar.

J.Todd 2010-cu ildə BP-nin Meksika körfəzində fəlakətə səbəb olan neft dağılmalarında dənizi təmizləmək üçün belə mikroorqanizmlərdən istifadə etdiyini xatırladıb. Tədqiqatçıya görə, Marian çökəkliyi bu bakteriyaların növləri ilə zəngindir.

Alimlərin fikrincə, 6 kilometr dərinlikdə aşkarlanan bu bakteriyalar okeanın daha dərin hissələrində də mövcuddur.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 506 12.04.19 22:31