"Qardaşım da daxil olmaqla, ölənləri geri qaytara bilməyəcəyik" - 25 nəfərin öldüyü yanğın işində son mərhələ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

"Qardaşım da daxil olmaqla, ölənləri geri qaytara bilməyəcəyik" - 25 nəfərin öldüyü yanğın işində son mərhələ

25 xəstənin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Median.Az
musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesində yanğında ölən hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşı, ixtisasca həkim olan Azər Sadəddinov çıxış edib.

Murad Sadəddinov deyib ki, heç kimə qarşı şikayət və tələbi yoxdur, ancaq dövlət orqanlarının bu cür hadisələrdən nəticə çıxarmalıdır: "Bugünlərdə Bakıda yenə də böyük bir yanğın oldu, böyük bir ticarət mərkəzi məhv oldu. Elə bu ərəfədə mərkəzdə - Beşmərtəbə tərəfdə də yanğın vardı. Nə qədər o tərəf-bu tərəfə baxdım, yanğınsöndürən görmədim. Qardaşım da daxil, ölənləri geri qaytara bilməyəcəyik. Heç olmasa, səhiyyə və başqa dövlət orqanları nəticə çıxarsınlar".

Prosesdə yanğında qardaşı Akifi itirmiş zərərçəkən Arifə Abbasova prokurorun istədiyi cəzalardan narazı qalıb. Deyib ki, necə olur, Məhəmməd Məmmədovu yanğını törətməkdə təqsirli bilib ona ömürlük həbs, amma onu oğlunun göstərişilə orada saxlayan şöbə müdiri Afət Məmmədovaya şərti cəza verilməsini istəyir: "Əgər Məhəmmədə ömürlük həbs veriləcəksə, onda Afət Məmmədova da həbs olunsun".

Zərərçəkən hesab edir ki, M.Məmmədovun yanğını törətməsi məhkəmədə sübuta yetirilməyib: "Əgər məhkəmə də prokurorun istədiyi kimi hökm versə, mən razılaşmayacağam. Apellyasiya şikayəti verəcəm, prezidentə yazacağam".

Təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili də ona qarşı ittihamın sübuta yetirilmədiyini deyir: "Dövlətimizi sarsıtmaq istəmiriksə, günahsız, ahıl bir adam törətmədiyi cinayətə görə cəzalandırılmamalıdır".

Müdsfiəçi deyib ki, Məhəmməd bu cinayəti törətmiş olsaydı belə, prokurorun ona ömürlük həbs cəzası istəməsi doğru deyildi. Çünki Azərbaycanda qanun 65 yaşlı şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir.

Mərkəzin əməyin mühafizəsi üzrə mühəndisi olmuş Mahir Abdullayevin vəkili Elnur Məmmədov da müvəkkilinin günahsız olduğunu deyir: "Bu hadisə cəmiyyətdə səs-küy yaratdığına görə gözdən pərdə asmaq üçün Mahir Abdullayevi də qurban seçiblər. İttihamda yazılanlar söz yığınından başqa bir şey deyil".

Xatırladaq ki, dövlət ittihamçısı Məhəmməd Məmmədovun ömürlük, digər təqsirləndirilən şəxslər Mahir Abdullayevin 3 il 6 ay, Telman Məmmədhəsənovun 4 il, Azad Ələkbərovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror ev dustaqlığında olan Afət Məmmədova barəsində isə şərti cəza təyin edilməsini istəyib.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 241 12.04.19 20:30