"Çox şeylər var, söyləsəm, yer yerindən oynayar" - Şəfiqə Nağıyeva Xoşqədəmi hədələdi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

"Çox şeylər var, söyləsəm, yer yerindən oynayar" - Şəfiqə Nağıyeva Xoşqədəmi hədələdi (VİDEO)

Tanınmış vəkil Şəfiqə Nağıyevanın "Səni axtarıram" proqramında məişət zorakılığına məruz qalmış 21 yaşlı Sevdanı alçaltması Xoşqədəm Hidayətqızına böyük problem yaradıb. İctimai qınağı nəzərə alan aparıcı Nağıyevanı verilişdən uzaqlaşdırıb.


Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, X.Hidayətqızı ekspertlərin səsləndirdiyi fikirlərə cavabdeh olmadığını deyir:

"Dəvət etdiyim hər bir ekspert öz sözünə cavabdehdir. Bu verilişin missiyası insanlara kömək etmək, onların itkinlərini tapmaq və xəstələrə yardım etməkdir. Mənim verilişim ekspert üzərində deyil, talelər, həyat hekayələri üzərində qurulub. Sabah bu ekspertlərin heç biri bura gəlməyə bilər, amma siz verilişə yenə də baxacaqsız. Çünki veriliş yaradılanda mən onun konsepsiyasını belə qurmuşam.

Sevdaya gəlincə isə, mən onu müdafiə edirəm. Efirə baxanlar gördülər, Şəfiqə xanıma etiraz etdim. Mənim mövqeyim kömək üçün verilişimə üz tutanlara kömək etməkdir. Başqa cür ola bilməz!"

Şəfiqə Nağıyevanın uzun zamandır ekspert kimi çıxış etdiyi "Səni axtarıram"da görünməməsi ictimaiyyətin qəzəbini soyudub. Lakin vəkil "Səni axtarıram"a qarşı başlanan kampaniyanın onunla bağlı olduğunu qəbul etmək istəmir. Hətta sosial şəbəkədə verdiyi açıqlamasında aparıcını hədələyib:

"Teleməkanda mənimlə bağlı söylənilən boş sözlər barədə mənə məlumat verildi. Sizə bildirmək istəyirəm ki, aprel ayının 4-də mən bir il ərzində gördüyum haqsızlıqlara dözməyərək, iştirak etdiyim verilişi tərk etdim. Eşitdiyimə görə verlişin bağlanması təklifini mənimlə əlaqələndirirlər. "Mən Sevdaya nə üçün kafedə işləyirsən?" demişəm. Əslində isə verilişin baglanması təklifi bir həftə əvvəl bloger tərəfindən irəli sürülmüşdü. Mən hələ ki, susuram! Mənə böhtan atılmasın! Söyləyəcəyim çox şeylər var, söyləsəm, yer yerindən oynayacaq. Hesab edirəm ki, ayrılanda da mərdi-mərdanə ayrılmaq lazımdır".

Qeyd edək ki, artıq bir müddətdir sosial mediada Xoşqədəm Hidayətqızının layihə rəhbəri və aparıcısı olduğu "Səni axtarıram" bağlanması ilə bağlı çağırışlar edilməkdədir. Çağırış ilk olaraq sosial bloger Saleh Nəsirov tərəfindən səsləndirilib: “Uşaq, Ailə və Qadın problemlərilə aidiyatı qurumlar, təşkilatlar və peşakar sosial işçilər məşğul olmalıdır! İnsanları bu qədər alçaltmaq, əzmək, hüquqlarını aşkarcasına pozmaq, onlara zülm və işgəncə vermək olmaz! Bunlara son qoyulmalıdır!”

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 706 10.04.19 19:32