Gömrükdə əməliyyat: “Jack” cinayətkarları ifşa etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Gömrükdə əməliyyat: “Jack” cinayətkarları ifşa etdi - FOTO

Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya gedən yük nəqliyyat vasitəsi nəzarətə götürülüb.

Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi İranın Astara şəhərindəki “Pardis Ceram Pajh CO” şirkətindən Kiyev şəhərindəki “Architectuar Decor” şirkətinə “qarışıq” yük apararkən Azərbaycanda Astara gömrük postunda saxlanılıb.

Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Baxış zamanı, “Jack” ləqəbli xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanılıb.

Nəqliyyat vasitəsinin qoşqusunda 2 ədəd paketdə olan 144 ədəd karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib. Bu zaman 12 ədəd qutuda yenidən şübhəli cizgilər müşahidə edilib.

Həmin 12 ədəd qutuya baxış zamanı isə qutuların içərisindəki lövhəciklərin tərkibinin plastik materialdan fərqli, yəni tərkibində metamfetamin adlı psixotrop maddə olduğu müəyyən edilib.

Daha sonra içərisində 143 ədəd düzbucaqlı lövhəcik olan 12 ədəd karton qutunun ümumi çəkisinin 56 kq 363 qram təşkil etdiyi məlum olub.

Qeyd edək ki, aşkar olunan 56 kq 363 qram metamfetaminin “qara bazar”da dəyəri 9 milyon 500 min manat təşkil edir.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 625 14.03.19 17:49