Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |    

Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) müraciətinə müsbət cavab verib.

AZƏRTAC-ın məlumatına görə, GAK sədri Hüseyn Yusubov bildirib ki, dövlət başçısı soydaşlarımızın prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirib.

Administrasiyadan konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan administrasiya konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.

Xatırladaq ki, GAK sədri Hüseyn Yusubov Prezident Salome Zurabişviliyə müraciət edərək gürcü dilini və xarici dilləri bilən, ali təhsilli azərbaycanlı gənclərin prezident administrasiyasında işə cəlb olunmalarını təklif etmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 672 02.03.19 22:55