Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:35 Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu  |     12:33 XİN başçısı: "Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib"  |     12:32 BMT baş katibinin köməkçisi: "Bugünkü konfrans və COP29 bir-biri ilə sıx bağlıdır"  |     12:31 Zəngilan rayonunda bazar tikiləcək  |     12:30 Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat  |     12:29 İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib  |     12:23 Bakıda kişi sevgilisi tərəfindən öldürülüb? - Yenilənib  |     12:21 Əli İnsanov məhkəməyə müraciət edib  |     12:17 Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı mərkəzi prospektlərdən biri bağlanır  |     12:16 Xaçmazda bir aydan çoxdur 4 azyaşlı övladı ilə birgə itkin düşən qadın tapılıb  |     12:14 Sabah geomaqnit qasırğası gözlənilir - PROQNOZ  |     12:12 Millimizin AVRO-2026 seçmə mərhələsindəki rəqibləri bəlli olacaq  |     11:59 Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən üç sürücü saxlanıldı  |     11:58 Abşeronda 11 yaşlı məktəbli itkin düşüb - FOTO  |     11:56 Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş olacaq  |     11:43 Altı dəfə eyni əmələ görə həbs olunan şəxs yenə tutuldu - FOTO  |     11:41 Şəmkirdə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb  |     11:39 Yuxunun hansı mərhələsi stresin qarşısını alır?  |     11:37 Əməkdar artist ona məxsus şadlıq evini niyə satıb?  |     11:36 Abşeronda keçmiş məhkum tövlədə özünü asdı  |    

Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı

Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsin (PHŞ) baş direktoru Saleh Novruzi vəzifəsindən azad edilib.

“Qaynarinfo”nun məlumata görə, bu barədə nazir Teymur Musayev müvafiq əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-nin baş direktor vəzifəsi müvəqqəti olaraq Samir Akif oğlu Musayevə həvalə edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Hər üç şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 08.05.24 18:01