Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat

Şimalı Koreya "çirkli şarlar"dan sonra 10-dan çox yaxınmənzilli ballistik raket buraxıb: Pxenyan qonşularını peyin və zibillə "bombardman" etdikdən sonra həqiqi atəşlər nümayiş etdirib.

Raketlər Yapon dənizinə düşməzdən əvvəl təxminən 350 km məsafə qət edib.

Qeyd edək ki, Pxenyandan 350 km məsafədə Seul kimi böyük şəhərlər və hərbi bazalar yerləşir.

Ekspertlər bildiriblər ki, Şimali Koreya raket buraxmalarını xarici dünyaya mesaj kimi istifadə etsə də, eyni vaxtda 10 raket buraxılmasını qeyri-adi hesab ediblər.

Cənubi Koreya hərbi qüvvələri raket hücumunu pisləyərək bunu Koreya yarımadasına təhdid olan təxribatçı hərəkətlər adlandırıb və Şimaldan gələn təxribatlara qəti cavab verəcəklərini vəd edib.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl 17 may tarixində ballistik raket buraxmışdı.

Xatırladaq ki, dünən Şimali Koreya sərhəddən Cənubi Koreyaya 150-dən çox hava şarı göndərib. Şarların içərisində müxtəlif tullantılar - plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və hətta peyin olub. Sərhədi keçdikdən sonra obyektlər qonşu ölkənin cənub-şərqindəki Cənubi Kyonsan əyalətinə düşüb.

Mənbə: Yonhapскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            396 30.05.24 12:30