Azərbaycanda dörd vulkan püskürə bilər - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |     18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |    

Azərbaycanda dörd vulkan püskürə bilər - AÇIQLAMA

Fevralın 5-də, gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələdən sonra dörd vulkan aktivləşə bilər.

Bunu oxu.az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, zəlzələnin Qobustanda “Şıxzərli”, Şamaxıda “Quşçu”, “Dəmirçi”, “Qızmeydan” vulkanlarında aktivləşmə yarada biləcəyi ehtimal olunur:

“Çünki güclü zəlzələ baş verdikdə vulkanlar aktivləşir. Adlarını çəkdiyim vulkanlar zəlzələ ocaqlarına çox yaxın ərazidə yerləşir. Zəlzələ zamanı yaranan gərginlik vulkanın aktivləşməsinə səbəb olur.

Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ olduqda püskürmə baş verir. Buna görə də bu vulkanların püskürəcəyi gözlənilir”.

Adil Əliyev qeyd edib ki, hazırda zəlzələ baş verən ərazidə araşdırma aparılır:

“Dəqiq məlumatı araşdırmadan sonra demək mümkündür. Bəlkə də, aktivləşmə püskürmə şəklində yox, vulkanın fəaliyyətində aktivlik şəklində özünü göstərəcək”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 878 08.02.19 17:53