Mojo.az Banner
23:50 Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA  |     22:50 Əhməd təkrar cinayət törədib? - ŞOK SƏS YAZISI  |     22:41 Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü  |     22:34 Polisdən əməliyyat, saxlanılanlar var  |     22:29 Təbii qazın dəyəri azaldı  |     22:23 Alimlər sübut etdi: Müasir musiqi getdikcə "fastfuda"a çevrilir  |     22:15 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)  |     22:06 Əməkdar artistin səhhətində problem yarandı  |     22:01 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir  |     21:53 Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident  |     21:45 Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb  |     21:40 Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI  |     21:34 Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?  |     21:26 İran neft hasilatını azaltmağa başlayıb  |     21:18 Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ  |     21:13 Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  |     21:04 Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü  |     20:56 İki qardaş toyda bıçaqlandı  |     20:51 Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır  |     20:44 Məktəbdən sonra uşağın düzgün istirahəti - Gücünü necə bərpa etməlidir?  |    
Left Banner
Right Banner

Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib

16.01.2019 22:24 2 659
Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib
Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib.

Median.az
Azertaca istinadən xəbər verir ki, Batumidə qasırğa yaşayış binalarının damlarını, ictimai nəqliyyatın dayanacaqlarını dağıdıb. Kökündən qopmuş ağaclar evlərə, ictimai iaşə obyektlərinə və avtomobillərə ciddi ziyan vurub.

İki nəfər güclü külək səbəbindən evlərinin pəncərəsindən yıxılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Polis təhlükə sovuşana qədər şəhər daxilində bəzi yolları bağlayıb.

Qara dənizdə 5 ballıq qasırğa barədə xəbərdarlıq edilib.

Dəniz sahillərində qırmızı fənərlər yandırılıb.

Əlverişsiz hava şəraiti Gürcüstanın Kvemo Kartli bölgəsində də ciddi problemlər yaradıb.

Dmanisi rayonunda 5 yaşayış evinin damı uçub. İctimai iaşə obyektlərinə də ciddi ziyan dəyib.

Gürcüstanın fövqəladə hallar xidmətinə dağıntılarla bağlı 40-dan çox müraciət daxil olub.

скачать dle 11.3
Mojo.az Banner