Bakıda oğrunu döyən direktor və satıcılar tutuldu - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

Bakıda oğrunu döyən direktor və satıcılar tutuldu - FOTO/VİDEO

Bir neçə gün əvvəl Xətai rayonu, General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək, həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər.

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini əvvəlcə satıcılar aşkar ediblər. Onlar mağaza direktoruna məlumat verib D.Timurbulatovu saxlayandan sonra onu xuliqanlıq zəminində döyüblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 060 20.09.18 12:33