Mojo.az Banner
16:01 Türkiyədə hoteldə yanğın: 12 nəfər yaralandı  |     15:51 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir  |     15:43 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib  |     15:32 Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ  |     15:06 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı  |     15:02 Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama  |     14:48 Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunur  |     14:40 Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır  |     14:39 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO  |     14:33 Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO  |     14:24 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi  |     14:15 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)  |     14:14 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı  |     14:04 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti  |     13:56 Bakıda eyni binada 60 min manatlıq FƏRQ: Səbəb nədir? - VİDEO  |     13:55 Naxçıvanda dəhşətli qəza: Üç nəfər həlak oldu, xəsarət alanlar arasında körpələr də var (Yenilənib)  |     13:43 Ermənistan məhsulları Azərbaycan bazarına girir – Deputat: “38 adda məhsul mümkündür”  |     13:38 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi  |     13:18 Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO (Yenilənib)  |    
Left Banner
Right Banner

51 azərbaycanlını Almaniyadan deportasiya etdilər - Əl-ayaqlarını qandallayıblar

20.07.2018 18:53 3 237
51 azərbaycanlını Almaniyadan deportasiya etdilər - Əl-ayaqlarını qandallayıblar
Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.

Onlar "Readmissiya haqqında” sazişə əsasən çarter reysi ilə Azərbaycana göndəriliblər. Bakı hava limanında onları hüquq-mühafizə orqanlarının əməkdaşlarının qarşıladığı deyilir.

"Leqat” inteqrasiya mərkəzinin məlumatına görə, deportasiya edilmiş azərbaycanlılar Almaniyanın Bamberq, Valdvassen, Uesburq, Kürten və digər şəhərlərində yaşayıblar.

Sosial şəbəkələrdə Azərbaycana deportasiya edilənlərdən birinin fotosu yayılıb. Həmin şəxsin Sinan Bayramov olduğu dəqiqləşdirilib. Fotodan S. Bayramovun əl və ayaqlarının qandallı olduğu görünür. Azərbaycanlı mühacirlərin informasiyasına görə, o, son dörd il ərzində Almaniyada yaşayıb. İddia olunur ki, Sinan Bayramovu Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov azərbaycanlıların deportasiyası ilə bağlı Realtv-yə açıqlama verib. Onun sözlərinə görə, Bakıya təyyarə ilə 32 nəfər yola salınıb və deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər: "Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”.

скачать dle 11.3
Mojo.az Banner