Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir

05.09.2026 15:51 306
Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir
Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən mühüm infrastruktur layihələrinin icrası davam etdirilir.

Agentlikdən bildirilib ki, Dövlət Proqramı çərçivəsində icra olunan mühüm layihələrdən biri Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisidir. Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının vahid sistem üzrə toplanmasına, daşınmasına və müasir texnologiyalar əsasında təmizlənməsinə xidmət edəcək.

Yeni infrastruktur Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına və ərazidə ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.

2028-ci ildə başa çatdırılması nəzərdə tutulan layihə tamamlandıqdan sonra gətirici kanalizasiya kollektoru, tullantı sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və yardımçı obyektlər vahid və dayanıqlı infrastruktur sistemi kimi fəaliyyət göstərəcək.

Son xəbərlər