Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər |
Mojo.az Avto
Mojo.az Avto

Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)

05.09.2026 14:15 609
Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)
Biləsuvarda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, mərhum Elçin Cabbarov yaxınlıqdakı şadlıq saraylarının birində toyda olub. O, toydan çıxıb yolu əks istiqamətə keçmək istəyərkən hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Heydər Əliyev prospektində olub.

Belə ki, 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarov yolu keçərkən onu maşın vurub. Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Qeyd edək ki, E.Cabbarov hadisə baş verən yerin yaxınlığında yerləşən şadlıq evində toy məclisindən geri dönərkən qəzanın qurbanı olub.

Son xəbərlər