Ermənistan məhsulları Azərbaycan bazarına girir – Deputat: “38 adda məhsul mümkündür”
Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr baxımından diqqətçəkən hadisə baş verib. Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 3-də açıqlayıb ki, ölkəsindən Azərbaycana ilk ixrac əməliyyatı artıq reallaşdırılıb. Baş nazir göndərilən məhsulun adını və digər kommersiya detalları açıqlamayıb, bu məlumatların müqaviləni həyata keçirən şirkətlər tərəfindən ictimaiyyətə təqdim ediləcəyini bildirib.
İlk ixracın baş tutması iki ölkə arasında uzun müddət mövcud olmayan ticarət münasibətlərinin formalaşması baxımından mühüm addım sayıla bilər. İllər ərzində Azərbaycan və Ermənistan arasında birbaşa iqtisadi-ticarət əlaqələri faktiki olaraq mövcud olmayıb. Lakin 2026-cı ilin əvvəlindən etibarən qarşılıqlı ticarətin mümkün istiqamətləri müzakirə olunmağa, tərəflər məhsul siyahılarını nəzərdən keçirməyə başlayıblar.
Sizcə, Ermənistanın Azərbaycan bazarında real rəqabət yarada biləcək əsas məhsulları hansılardır?
Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması yerli istehsalçılara necə təsir göstərə bilər?
İlk ixracın məhsul və məbləğinin açıqlanmaması kommersiya baxımından normal haldır, yoxsa bu məlumatların ictimaiyyət üçün açıqlanması vacibdir?
Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, Ermənistan-Azərbaycan arasında artıq iqtisadi və ticari əlaqələrin qurulduğunu söyləmək olar.
Deputatın sözlərinə görə, bir tərəfdən Azərbaycan sülh gündəliyinə sadiq olaraq öz ərazisindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.
"Digər tərəfdən, Azərbaycan artıq Ermənistan bazarına əsasən də öz yanacaq məhsulları ilə daxil olur. Nəzərə alsaq ki, ticari əlaqələr bərpa olunduqdan sonra Azərbaycan Ermənistan bazarına 18 milyon dollardan artıq məhsul ixrac edib. Bu ilin ilk 7 ayında 17.4 milyon dollarlıq məhsul Azərbaycandan Ermənistana ixrac olunub", — deyə V. Bayramov əlavə edib.
Millət vəkili qeyd edib ki, artıq Ermənistan da Azərbaycan bazarına öz, məhsulunu göndərdiyini bəyan edib. Bu, o deməkdir ki, artıq ölkələr qarşılıqlı olaraq ticarət əlaqələri qururlar.
"Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında da Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri də məhz ticari əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin genişlənməsi ilə bağlı idi. Bu, ondan xəbər verir ki, tərəflər ticari əlaqələrin genişləndirilməsini qarşılıqlı olaraq dəstəkləyir. Bu da təbii ki, regionda dayanıqlı sülhün formalaşmasına imkan yaradır", — deyə Vüqar Bayramov vurğulayıb.
"Bizim qiymətləndirmələr göstərir ki, Azərbaycan və Ermənistan arasında 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu, həm Azərbaycandan Ermənistana ixrac, həm də Ermənistandan Azərbaycana ixrac anlamına gəlir".
Deputat söyləyib ki, çox fərqli məhsullar üzrə, o cümlədən bir sıra qida məhsulları, elektrik enerjisi, bəzi sənaye məhsulları, eləcə də Azərbaycanın kimya sənayesində istehsal edilən məhsullarının Ermənistan bazarına ixrac imkanları var. Ermənistan da kənd təsərrüfatı məhsullarının ixracında regionda ixracatçı ölkələrdən hesab olunur. Ona görə də Ermənistandan həm qida, həm də xüsusilə aqrar məhsulların idxalı mümkündür.
Millət vəkili sonda deyib ki, ümumi olaraq söhbət həcmdən gedir. Hər bir ölkə rəsmi olaraq idxal-ixrac həcmlərini açıqlayırlar. Bu, təbii ki, kommersiya sirri deyil. Həm Azərbaycan, həm də Ermənistan tərəfi, ümumiyyətlə dünyada əksər ölkələr hansı ölkələrdən nə qədər idxal-ixrac etdiyini ictimaiyyətə təqdim edirlər. Çünki bu məlumatın açıqlanması baxımından vacibdir. İstər illik, istərsə də aylıq ixracatın açıqlanması tamamilə normaldır. Eyni zamanda bunun açıqlanması sülh gündəliyi ilə bağlı görülən işlərin mövcud vəziyyətini göstərir. Çünki ictimaiyyət də bu istiqamətdə hansı addımların atılmasını bilməlidir.
Dəniz Pənahova
Median.Az
İlk ixracın baş tutması iki ölkə arasında uzun müddət mövcud olmayan ticarət münasibətlərinin formalaşması baxımından mühüm addım sayıla bilər. İllər ərzində Azərbaycan və Ermənistan arasında birbaşa iqtisadi-ticarət əlaqələri faktiki olaraq mövcud olmayıb. Lakin 2026-cı ilin əvvəlindən etibarən qarşılıqlı ticarətin mümkün istiqamətləri müzakirə olunmağa, tərəflər məhsul siyahılarını nəzərdən keçirməyə başlayıblar.
Sizcə, Ermənistanın Azərbaycan bazarında real rəqabət yarada biləcək əsas məhsulları hansılardır?
Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması yerli istehsalçılara necə təsir göstərə bilər?
İlk ixracın məhsul və məbləğinin açıqlanmaması kommersiya baxımından normal haldır, yoxsa bu məlumatların ictimaiyyət üçün açıqlanması vacibdir?
Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, Ermənistan-Azərbaycan arasında artıq iqtisadi və ticari əlaqələrin qurulduğunu söyləmək olar.Deputatın sözlərinə görə, bir tərəfdən Azərbaycan sülh gündəliyinə sadiq olaraq öz ərazisindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.
"Digər tərəfdən, Azərbaycan artıq Ermənistan bazarına əsasən də öz yanacaq məhsulları ilə daxil olur. Nəzərə alsaq ki, ticari əlaqələr bərpa olunduqdan sonra Azərbaycan Ermənistan bazarına 18 milyon dollardan artıq məhsul ixrac edib. Bu ilin ilk 7 ayında 17.4 milyon dollarlıq məhsul Azərbaycandan Ermənistana ixrac olunub", — deyə V. Bayramov əlavə edib.
Millət vəkili qeyd edib ki, artıq Ermənistan da Azərbaycan bazarına öz, məhsulunu göndərdiyini bəyan edib. Bu, o deməkdir ki, artıq ölkələr qarşılıqlı olaraq ticarət əlaqələri qururlar.
"Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında da Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri də məhz ticari əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin genişlənməsi ilə bağlı idi. Bu, ondan xəbər verir ki, tərəflər ticari əlaqələrin genişləndirilməsini qarşılıqlı olaraq dəstəkləyir. Bu da təbii ki, regionda dayanıqlı sülhün formalaşmasına imkan yaradır", — deyə Vüqar Bayramov vurğulayıb.
"Bizim qiymətləndirmələr göstərir ki, Azərbaycan və Ermənistan arasında 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu, həm Azərbaycandan Ermənistana ixrac, həm də Ermənistandan Azərbaycana ixrac anlamına gəlir".
Deputat söyləyib ki, çox fərqli məhsullar üzrə, o cümlədən bir sıra qida məhsulları, elektrik enerjisi, bəzi sənaye məhsulları, eləcə də Azərbaycanın kimya sənayesində istehsal edilən məhsullarının Ermənistan bazarına ixrac imkanları var. Ermənistan da kənd təsərrüfatı məhsullarının ixracında regionda ixracatçı ölkələrdən hesab olunur. Ona görə də Ermənistandan həm qida, həm də xüsusilə aqrar məhsulların idxalı mümkündür.Millət vəkili sonda deyib ki, ümumi olaraq söhbət həcmdən gedir. Hər bir ölkə rəsmi olaraq idxal-ixrac həcmlərini açıqlayırlar. Bu, təbii ki, kommersiya sirri deyil. Həm Azərbaycan, həm də Ermənistan tərəfi, ümumiyyətlə dünyada əksər ölkələr hansı ölkələrdən nə qədər idxal-ixrac etdiyini ictimaiyyətə təqdim edirlər. Çünki bu məlumatın açıqlanması baxımından vacibdir. İstər illik, istərsə də aylıq ixracatın açıqlanması tamamilə normaldır. Eyni zamanda bunun açıqlanması sülh gündəliyi ilə bağlı görülən işlərin mövcud vəziyyətini göstərir. Çünki ictimaiyyət də bu istiqamətdə hansı addımların atılmasını bilməlidir.
Dəniz Pənahova
Median.Az
