Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı

05.09.2026 14:10 483
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır.

Bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib.

Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktlar uzun müddət nəmə məruz qaldıqda korroziyaya uğraya bilər ki, bu da qısaqapanmaya səbəb ola bilər. Nəticədə alovlanma riski yaranır.

Geri çağırılma 29 iyul 2014-cü ildən 12 noyabr 2020-ci ilədək istehsal edilmiş avtomobillərə şamil olunur. 3 seriyası üçün bu, "F30" nəslini və növbəti "G20" nəslinin ilk avtomobillərini əhatə edir. 5 seriyası üçün geri çağırılma "F10" və "G30" nəsillərini, 7 seriyası üçün isə "F01/F02" və "G11/G12" nəsillərini əhatə edir.

Yuxarıda sadalanan seriyalara və buraxılış illərinə aid avtomobillərin sahiblərinə geri çağırılmanın konkret avtomobilə şamil olunub-olunmadığını VIN üzrə yoxlamaq məsləhət görülür. Zərurət yarandığı halda, BMW suyun daxil olması problemini aradan qaldırmaq üçün starteri dəyişdirəcək.

Son xəbərlər