Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

"Tesla" şirkəti "Cybertruck" pikaplarını geri çağırır

14.11.2024 11:26 3 207
"Tesla" təxminən 2.5 min "Cybertruck" elektrik pikapını geri çağırdığını elan edib.

Median.Az-
ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) bəyanatına istinadən məlumat verilib.

Geri çağırılma 2 431 elektrik pikapına aiddir ki, bu avtomobillər ötən ilin 6 noyabrından bu il iyulun 30-dək istehsal edilib.

Məlumata görə, geri çağırılma sürücü invertorunun nasazlığı ilə əlaqədardır ki, bu da dartma qabiliyyətinin itirilməsinə və qəza riskinin artmasına gətirib çıxara bilər. "Tesla"nın texniki işçiləri geri çağırılan avtomobillərdə sürücü invertorunu pulsuz əvəz edəcəklər.

Qeyd edək ki, bu geri çağırılma bu il "Tesla"nın "Cybertruck" üçün altıncı çağırışıdır. Məsələn, iyun ayında bildirilmişdi ki, ABŞ-nin elektrik avtomobil istehsalçısı şüşə silən mühərrikin düzgün işləməməsi və baqaj bölməsində problemlər səbəbindən təxminən 12 min pikapı geri çağırır. Aprel ayında qaz pedalında nasazlıq səbəbindən 3 minə yaxın "Cybertruck"ın geri çağırıldığı məlum olmuşdu.

Xatırladaq ki, "Cybertruck"ın seriyalı istehsalına 2023-cü ilin iyulunda başlanılıb, ilk müştəri tədarükləri isə noyabr ayında baş tutub.

Son xəbərlər