Müalicəsinə pul yığılan Aytac öldü! Anası üsyan etdi: Həkimlər qızımı bu hala saldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu  |     22:35 Mingəçevirdə 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb  |     22:27 Milli Məclisin Komissiyasından Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA  |     22:13 Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanıldı  |     22:09 AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulmasının növbəti təsdiqi  |     21:41 İrandan narkotik vasitələrin tranziti ilə bağlı Bakıda saxlanılan Rusiya vədəndaşları məhkəməyə gətirilib - FOTO  |     21:24 Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb - VİDEO  |     21:21 Voronejdə saxlanılan azərbaycanlı sahibkar azadlığa buraxılıb - VİDEO (Yenilənib)  |     21:12 İsrail və Suriya İrana qarşı birləşir: Kəşfiyyat əməkdaşlığı gündəmdə  |     20:58 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     20:51 Azərbaycan və Özbəkistan turistlər üçün viza prosedurlarını sadələşdirə bilər  |     20:46 Ali Məhkəmə saxta pul işi üzrə qərar verib  |     20:37 Təkrar sertifikatlaşdırmadan keçməyən 2300-dən çox müəllim işdən çıxarılıb  |     20:32 Paşinyan II Qareginin istefasını tələb edib  |     20:25 Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb  |     20:20 "Gəncə" klubu ABŞ-dən olan voleybolçunu transfer edib  |     20:13 “Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb  |     20:06 Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib  |     19:59 Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub  |     19:53 Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər  |    

Müalicəsinə pul yığılan Aytac öldü! Anası üsyan etdi: Həkimlər qızımı bu hala saldı

Dünən gecə Türkiyəyə çatdırılmadan atipik pnevmaniyadan həyatını itirən 7 yaşlı Aytacın anası Raya Cəfərszadə sosial şəbəkədə övladının xəstəliyi və ölüm səbəbi barədə açıqlama verərək, valideynlərə səslənib.

Median.Az
medicina.az-a istinadən həmin paylaşımı təqdim edir:

"Qızım fevralda yüngül pnevmaniyadan müalicə aldı, sonra rentgen təmiz göstərdi. Biz də sakitləşib oturduq. Mart, aprel, may ayına kimi heç bir şikayət olmadı. Mayın 15-dən adi öskürək başladı. 1 həftə temperatur 37 oldu. Müalicə aldıq, xeyri olmadı. Qarayev adına uşaq xəstəxanası-xarabaya getməzdən 3 gün qabaq hərarət 40-a çatdı. İshal, qusma başladı, huşu bulanıq idi.

Gece ilə qızımı Razində 5 saylı infeksion xəstəxanaya apardıq. Dedilər, meningitə oxşayır. Təcili yardımla göndərdilər Qarayev xarabasına. Uşaq bütün gecəni sistem aldı, səhərə özünə gəldi. Bizi Akif həkimin mədə-bağırsaq şöbəsinə köçürdülər. 3 gün yatdı, ishal, qusma durdu. Temrepatur 37-ə endi. Dedilər ki, uşağın immuniteti çox zəiflədiyi üçün somatik şöbəyə keçirək. Bütün müayinələrdən keçdik, hər şey təmiz çıxdı, bircə ağciyərlər yox. Diaqnoz: ikitərəfli pnevmaniya.

Somatik şöbənin müdiri Gülnarə bir torba dərman yazdı, Akif həkim bir torba dərman tazdı. Antibiotiklər olundu. Uşağımın temperaturu düşmürdü. Apardılar aerozola. Balamın halı lap pisləşdi. Palatada qıcolmalar keçirməyə başladı. 8 yaşına kimi bir dəfə sudurqa keçirtməyən balam qucağımda kömək axtardım. Şöbənin işçiləri handan-hana gəlib maqnezium vurdular. Gördülər düzəlmir, qaçdım reanimasiyaya. Orda uşağa sistem, oksigen verdilər. Balamın beyni yatmışdı.

Reanimasiyada qaldığımız gecə uşağın sidik kisəsi dolub, beyinə siqnal çatmadığından boşala bilmir. O boyda xarabada kateter qoyan yoxdur.
Gecə ilə semaşkoya gedib uroloq gətirmişəm, kateter alıb verdim, sidik kisəsi boşaldı. Amma nə fayda, balamın beyni söndü, komaya düşdü. Kənardan həkim gətirməyə icazə vermədilər.

Yanaşı palatada imkanlı adam üçün Gülhanədən həkim gəlmişdi, yalvardım ki, uşağa baxsın. Baxan kimi dedi ki, uşağı burdan çıxar, öləcək.
Təcili özəl xəstəxana axtardım. MediClub-un reanimasiyasını güclə razı saldım. Onlar uşağı təcili MediClub-a apardılar. 4 gün sonra komadan çıxdı qızım. Ancaq ağciyərlərin biri tamam sıradan çıxıb, digəri 30% işləyirdi.

Xaraba Qarayev xəstəxanasında uşağa at dozasında antibiotiklər vurmuşdular: amikasin, seftriakson, gentamisin.
Türkiyədən gələn həkimlər təcili EKMO aparatı məsləhət gördülər. O da Bakıda yox idi. " Uşaqların sağıam gələcəyi fondu” mənə dəstək oldu, balam üçün yardım kampaniyasında 30 min dollar yığıldı.

Artıq axşama uçmağa hazırlaşırdıq ki, Aytacın halı qəfil pisləşdiyindən həkim uçuşa icazə vermədi. Məcbur olub Türkiyədən tibbi ekipaj və təyyarə ilə aparatı gətirməli olduq. Bunun üçün də 20.000 avro dedilər. Dünyam qaraldı. Amma bilirdim ki, yardımlar gəlir, düzələrdi. Amma Aytacımın təzyiqi 37, ürək ritmi 200 oldu, sepsis başladı. Nə etdilərsə, vəziyyətdən çıxara bilmədilər. Balamı ürək aparatına qoşulu evə gətirdilər Klinikada 4 dəfə özümdən getmişəm deyə bunlardan xəbərim olmadı. Evdə gözünü yumanda gözü açıq idi, məni gözləyirdi.

Sizlərə yalvarıram, Qarayev adına uşaq xəstəxanasına getməyin, ora moqrdur. Balamı orda başda Camal Azizov adlı biri olmaqla daha da pis edib verdilər mənə. Antibiotikdən qaçın. Adi öskürəyi də boş buraxmayın. Özü keçər deməyin. Mən balamı itirdim, siz itirməyin".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            26 768 09.06.18 16:57