Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü |
Mojo.az Avto
Mojo.az Avto

Hakimlərin fəaliyyəti elektron sistemlə qiymətləndiriləcək

06.06.2018 12:30 6 032
Hakimlərin fəaliyyəti elektron sistemlə qiymətləndiriləcək
Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabat elektron sistem tərəfindən hazırlanacaq.

Bunu Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov Vəkillər Kollegiyası “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiya və vəkilliyə namizədlərin andiçmə”mərasimində deyib.

Onun sözlərinə görə, elektron sistemin yaradılması üzərində iş gedir:

“Elektron sistemdə hakimlərin məhkəmədə çıxardığı qərarları və onlarla bağlı Apelyasiya Məhkəməsinin münasibəti əsasında hakimlərin qiymətləndirilməsi meyarından istifadə olunacaq. Elektron qiymətləndirmə sistemi gələcəkdə vəkillərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Vəkillər Kollegiyasının sistemində də yaradılsa müsbət hal olar”.

Ramin Qurbanov qeyd edib ki, vəkillərə hüquqi müdafiə bağlı ödəmələrin elektron qaydada köçürülməsi vacibdir.

Son xəbərlər