“Azərpoçt”a baş direktor təyin edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

“Azərpoçt”a baş direktor təyin edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

Median.Az
Report-a istinadən xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.

O, 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb.

1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləyib.

2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olub.

2009-2015-ci illərdə “Kapital Bank”da filial müdiri vəzifəsində çalışıb.

2015-2018-ci illərdə Bank MBA-Moskva “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 741 09.04.18 12:53