175-in sürücüsü qapıları bağlayıb sərnişinləri girov saxladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

175-in sürücüsü qapıları bağlayıb sərnişinləri girov saxladı

Yanvarın 30-da  175 saylı  sərnişin avtobusunda yaşanan  insident  sərnişinləri narahat edib. 

Axşam saat 7 radələrində Səməd Vurğun bağının qarşısında dayanan 175 saylı avtobusa daxil olan sərnişinlərdən biri basabas olduğuna görə kartı ilə ödəniş edə bilmədib və sürücü ilə vətəndaş arasında qalmaqal yaranıb. Sürücü əsəbi halda sərnişinə irad bildiriəndə 30 yaşlarında olan kişi sürücüyə söyüşlə cavab verib. Bundan möhkəm əsəbiləşən sürücü  söyüş söyən gənc qaçıb getməsin deyə avtobusun qapılarını bağlayıb və polisə zəng edib.  Həddən artıq insanla yüklənmiş avtobusda  təxminən 30 dəqiqə gözləməli olan sərnişinlər  narazılıqlarını bildirib qapını açmağaı tələb etsələr də,  sürücü inadla  qapıları bağlı saxlamaqda və vətəndaşları avtobusun içərisində girov saxlamaqda davam edib.  İşdən yorğun halda çıxıb evinə tələsən insanların hüququnun bu  qədər kobud şəkildə pozulamsına isə  Bakı Nəqliyyat Agentliyindən heç kim reaksiya göstərməyib.

Avtobuslarda  kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə lazımi şəxsi tapıb cəzalandırmaq olardı,  ən az 60 nəfərin əsəbləri ilə oynamaq nəyə gərək idi? Hadisə yerinə gec də olsa, gələn polis işçiləri sürücüyə qapını açmağı  söylədikdən sonra insidentə səbəb olan gənc qaçıb aradan çıxıb.

175 saylı avtobus Bakubus xidmətinin avtobusları ilə əvəz  olunandan sonra əhali rahatlığa  çıxacağına ümid edirdi.  Səməd Vurğun bağının yanından Hövsan qəsəbəsinə  hərəkət edən bu avtobuslarda gedişhaqqı  başqalarından  fərqli olaraq 30 qəpik təşkil edir. Lakin indi avtobusların həcmi böyüdüldüyünə görə bu avtobuslar kənd Hövsana qədər  getmir. Problem bundadır ki, kəndin yolları dardır, burada Bakubus avtobusları rahat manevr edə bilmir.  Kənd  Hövsana  getməli olanlar yarı yolda qalır, başqa bir marşrutla mənzil başına çatmalı olurlar. (Bizim Yol)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 448 01.02.18 13:44