Yayılan videosuna görə işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Yayılan videosuna görə işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi (VİDEO)

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq ağciyər vərəmi şöbəsinin işdən çıxarılan həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova həmin xəstəxananı məhkəməyə verib.

"Report"un xəbərinə görə, həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib.

İddia ərizəsi Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb. Həmin videoda Uşaq ağciyər vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi S.Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib. O, “siz burada oturub camaata torba tikməklə məşğulsunuz, mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək iclas zalını tərk edir. Daha sonra S.Məmmədova işdən çıxarılıb. Əmrdə qeyd edilib ki, S.Məmmədova əmək funksiyasını pozub, bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, S.Məmmədova 1998-ci ildən Ağciyər Xəstəlikləri İnstitutunda çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 485 23.01.18 18:02