16:35 Sinaqoqda terrora hazırlaşan İŞİD-çi hakim qarşısında  |     16:31 Rusiyada təcili eniş edən AZAL təyyarəsi texniki baxışdan nə vaxt keçib?  |     16:05 Arda Turan: "Azərbaycan millisinə böyük hörmətim var"  |     15:16 Nizami Rəmzinin qızı saxlanıldı  |     14:42 Bakıda oğurluq edən iki nəfər saxlanıldı - Biri 66 yaşlı qadındır  |     13:37 Azərbaycanda qızıl istehsalı kəskin artıb  |     13:02 Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı  |     13:01 Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək  |     12:59 Generaldan sonra polkovnik də azadlığa çıxdı  |     12:59 Ağstafa İcra Hakimiyyətinin həyətində kürəkən qohumlarını öldürməklə hədələdi  |     12:55 Mingəçevirdə ehtiyatsızlıqdan sirkə turşusu içən qadın öldü  |     12:54 Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir  |     12:53 Hövsanda 7-ci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş - TƏFƏRRÜAT (Video)  |     12:51 Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq  |     12:49 "WhatsApp"da yeni məhdudiyyətlər tətbiq ediləcək  |     12:48 "Real Madrid"in keçmiş futbolçusu insult keçirib  |     12:47 Şimali koreyalı əsgər Cənubi Koreyaya qaçıb  |     12:30 Türkiyə təyyarəsi Honkonqda enmə zolağından çıxdı, dənizə yuvarlandı  |     12:24 Hacıqabulda 83 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi  |     12:08 "Barselona" Avropa Superliqasından çıxdığını açıqladı - RƏSMİ  |    

Valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?

Ailə Məcəlləsinə dəyişiklik edildiyi gündən etibarən ölkə ərazisində qohum evlilikləri qadağan olunub. Nikaha girmək istəyən şəxslər "ASAN Xidmət" mərkəzlərinə müraciət etdikdə onların qohumluq əlaqələrini yoxlamaq məqsədilə özlərinin və valideynlərin doğum haqqında şəhadətnamələri istənilir.

Bəzən bu hal nikaha girmək istəyənlərə çətinlik yaradır. Belə ki, qohum olmayan bir qrup cütlük valideynləri doğum haqqında şəhadətnamələrini itirdikləri üçün nikaha girə bilmirlər.

Nəzərə alsaq ki, bəzi gənclər tərk edilmiş uşaqlıq yaşayıblar və ailələrindən xəbərləri yoxdur, bu halda onların evlənməsi müşkül məsələyə çevrilir.

Maraqlıdır, bəs görəsən, valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?

Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında şəhadətnamələri təqdim edə bilmədikdə qeydiyyat orqanı müvafiq akt qeydlərinin əldə edilməsi üçün tədbir görür:

"Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3.3-cü bəndinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.

Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.

Nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında şəhadətnamələri təqdim edə bilmədikdə qeydiyyat orqanı müvafiq akt qeydlərinin əldə edilməsi üçün tədbir görür. Akt qeydləri valideynlərin doğulduğu yer üzrə qeydiyyat şöbəsindən istənilir, bu mümkün olmadıqda valideynlərin doğumu və valideynlər barədə digər sənədlərin əldə olunması üçün tədbir görülür.

Nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında sənədləri yalnız onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında əldə edə bilərlər. Valideynlər vəfat etdiyi halda isə müvafiq arayışlar nikaha daxil olmaq istəyən şəxslərə təqdim oluna bilər", - deyə cavabda vurğulanıb.

Xatırladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 20.10.25 11:58