Mojo.az Banner
13:03 Dəbilqəsiz moped idarə edənlər cərimələnəcəklər  |     12:44 Yevlaxdakı yanğında şəhid anası həlak oldu - Bacı-qardaşı yaralandı  |     12:43 Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı  |     12:42 Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olundu  |     12:40 İki milyondan danışanlar indi nə deyəcəklər? - Rusiyanın açıqladığı rəqəmlər qaragüruhu ifşa etdi  |     12:34 Hərbi xidmətə çağırılan şəxsin dövlət qulluğuna xitam verilə bilər  |     12:32 Qanunsuz yolla dövlət sərhədini keçən Suriya vətəndaşı həbs edildi  |     12:31 Milli mədəni irs obyektlərinin ölkədən qanunsuz aparılmasına görə cərimələr iki dəfə artırılır  |     12:30 Əbdül Bayramov vəzifəsindən azad edilib  |     12:29 Deputat: "2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyaları artacaq"  |     12:28 Azərbaycanda cəzalardan biri sərtləşdirilir: Səkkiz ilədək həbs edilə bilərsiniz  |     12:27 Taksi sürücülərinin növbəti imtahanı keçiriləcək  |     12:25 Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər həbs ediləcəklər  |     12:23 Dünyanın ilk süni intellekt naziri rüşvətə görə SAXLANILDI  |     12:21 Azərbaycan alpinisti Antarktidanın ən yüksək zirvəsini fəth edib  |     12:20 Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək  |     12:16 Bakıda xəstəxananın həyətindən ölü döl tapıldı  |     12:13 Arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs TUTULDU  |     12:12 Beyləqanda körpənin halı QƏFİL PİSLƏŞİB: Yolda dünyasını dəyişib  |     12:11 Tulin Ələkbərova və tələbəsi SAXLANILDILAR  |    
Left Banner
Right Banner

"Xatirələr" kafesində 25 illik konyakı içib dava saldı - Həbs olundu

01.05.2025 15:47 447
Bakıda kafedə dava-dalaş salan şəxs həbs edilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə aprelin 28-i gecə saatlarında Binəqədi rayonu Məsud Davudoğlu küçəsində yerləşən "Xatirələr" kafesində baş verib.

35 yaşlı C.Kərimov sərxoş vəziyyətdə kafedə ictimai asayişi pozub. O, əsaslı səbəb olmadan məkanı dağıtmağa, özünü yerə çırpmağa başlayıb, ətrafdakı şəxslərin çağırışlarına baxmayaraq, sakitləşməyib. Oradakı 25 illik konyakı içdiyini bildirən C.Kərimov nalayiq ifadələr işlədərək hərəkətlərinə davam edib. Kafeyə dəvət edilən polisin köməyi ilə o saxlanılıb. Lakin əməllərinə davam edib, özünü polis maşınından atmağa cəhd göstərib, başını divara çırpıb.

Polis şöbəsinin müvəqqəti saxlanma yerinə aparılan C. Kərimov səhər saat 10 radələrində ayılıb. Saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Kərimov 30 sutka inzibati həbs olunub.скачать dle 11.3