Mojo.az Banner
21:03 Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi  |     20:38 İran bu ölkəyə hücum etdi  |     20:30 Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR  |     20:15 Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ  |     20:08 8 mayla bağlı qərar verildi  |     20:00 Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI  |     19:54 “Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik”  |     19:45 MOİK-in baş məşqçisi klubdan ayrıldı  |     19:39 Kinematoqrafçılar İttifaqının üzvü vəfat etdi  |     19:30 Bu rayonun 4 kəndində qaz olmayacaq  |     19:29 Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb  |     19:18 Sabah bu rayonda qazın verilişində məhdudiyyət olacaq  |     18:58 "Qarabağ"ın ulduzuna Avropadan təklif  |     18:55 Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib  |     18:17 İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib  |     18:14 İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib  |     18:07 Tanışını qətlə yetirən şəxs hakim qarşısında  |     18:05 Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur  |     17:44 Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək  |     17:32 Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb  |    
Left Banner
Right Banner

İki milyondan danışanlar indi nə deyəcəklər? - Rusiyanın açıqladığı rəqəmlər qaragüruhu ifşa etdi

05.12.2025 12:40 405
İki milyondan danışanlar indi nə deyəcəklər? - Rusiyanın açıqladığı rəqəmlər qaragüruhu ifşa etdi
Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə bu ölkədə rəsmi qeydiyyatda olan müxtəlif kateqoriyalı Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 224 397 nəfər təşkil edib.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, burada xarici vətəndaşların ölkə ərazisində bu və ya digər şəkildə yaşadığı bütün aspektlər - müvəqqəti yaşama icazəsi alanlar, daimi yaşama icazəsi olanlar, müxtəlif kiçik qayda pozuntularına görə "Nəzarət olunan şəxslərin reyestri"nə düşənlər, həmçinin miqrasiya uçotuna duran bütün şəxslər nəzərə alınıb.

Bəzi ekspertlərin fikrincə, Rusiyada miqrasiya qanunvericiliyində 2024-2025-ci illər ərzində aparılmış genişmiqyaslı dəyişikliklər və sərtləşdirmələr bu ölkədəki xarici vətəndaşların demoqrafik dinamikasına, miqrasiya davranışına və uzunmüddətli yerləşmə imkanlarına ciddi təsir göstərib. Tətbiq edilən yeni hüquqi məhdudiyyətlər, inzibati nəzarət mexanizmləri, habelə sosial-iqtisadi və hərbi amillər Rusiya vətəndaşı, bu ölkədə miqrasiya uçotunda olan, müvəqqəti və daimi yaşamaq icazəsinə malik digər xalqların nümayəndələrinin ümumi sayında azalmaya səbəb olub.

Lakin Rusiyada 2010 və 2021-ci illərdə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən Rusiya vətəndaşları olan etnik azərbaycanlıların sayı müvafiq olaraq 603 070 və 474 576 nəfər təşkil edib.

Bu da göstərir ki, Rusiyada 2 milyon və daha çox azərbaycanlının daimi və ya müvəqqəti yaşadığı barədə iddiaların əsası yoxdur.

Rusiyada yaşayan və işləyən azərbaycanlıların sayı uzun illər müxalifətin, onun orbitində olan QHT-lərin, ekspertlərin, jurnalistlərin və digərlərinin manipulyasiya predmeti olub. Hər bir seçki dövründə guya Rusiyada 2 milyondan artıq azərbaycanlının yaşadığı və onların səslərinin saxtalaşdırıldığı, yaxud insanların ölkədə yaşaya bilməməsi və buna görə də qazanc dalınca RF-yə üz tutduğu iddiaları irəli sürülüb. Bundan başqa Rusiyada yaşayan azərbaycanlıların davamlı şəkildə öz ailələrinə pul göndərməsi əsas gətirilərək bu vəsaitlərin kəsiləcəyi təqdirdə Azərbaycanda vəziyyətin pisləşəcəyi deyilib. Üstəlik, bu məsələ Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqlarından biri kimi şərh olunub. Elə hazırda həbsdə olan AXCP sədri Əli Kərimli də daxil olmaqla partiyanın funksionerləri, fəalları, digər radikal partiyaların nümayəndələri, müxalifyönlü ekspertlər məsələni manipulyasiya obyektinə çevirib Azərbaycan ictimaiyyətini çaşdırmağa çalışıblar.

Ancaq indi bəlli olur ki, bütün deyilənlər ağ yalandır, hakimiyyətin həyata keçirdiyi siyasəti ləkələmək, ölkədə vəziyyəti olduqca bədbin tonda təqdim etmək məqsədilə uydurulub və şişirdilib.

Bu faktın özü seçki manipulyasiyalarını, Azərbaycanda sosial-iqtisadi durumla bağlı irəli sürülən iddiaları alt-üst edir.

Maraqlıdır, görəsən bu günə kimi Rusiyada 2 milyon və daha çox azərbaycanlının yaşadığını iddia edərək ağızdolusu danışanlar indi nə deyəcəklər?скачать dle 11.3
Mojo.az Banner