Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

2024-cü ildə 298 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

14.03.2025 19:53 2 406
2024-cü ildə 298 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub
2024-cü il ərzində vətəndaşsızlıq vəziyyətində olan 298 nəfər Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub.

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabata əsasən ötən il olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri, vətəndaşlıq məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olan elektron müraciətlərin sayı 147,8 min olub.

2024-cü il 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 184,8 min nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 18,9 min nəfər və ya 11,4% çoxdur.

Bununla yanaşı 2024-cü il ərzində olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti, daimi yaşama və iş icazələrinin alınması (müddətinin uzadılması) qaçqın statusunun verilməsi, vətəndaşlıq, readmissiya və digər məsələlərlə bağlı Xidmətə 599,5 min müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 10,9 min və ya 1,8% azdır.

Hesabat ilində 22,3 min (2023-cü ildə 23,1 min) halda miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və müvafiq tədbirlər görülüb.скачать dle 11.3
Mojo.az Banner