Mojo.az Banner
12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda cəzalardan biri sərtləşdirilir: Səkkiz ilədək həbs edilə bilərsiniz

05.12.2025 12:28 396
Azərbaycanda cəzalardan biri sərtləşdirilir: Səkkiz ilədək həbs edilə bilərsiniz
Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya görə cəzalar sərtləşdirilir.

Median.Az
APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etməyə görə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etməyə görə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər:

- təkrar törədildikdə;

- vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

- milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

"Dövlət tərəfindən qorunan mədəni sərvətlər" dedikdə "Mədəniyyət haqqında" qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.

"Xeyli miqdar" dedikdə üç min manatdan yuxarı olan mәblәğ başa düşülür.скачать dle 11.3
Mojo.az Banner