Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:10 Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ  |     13:09 "Baytarlıq haqqında" Qanuna dəyişiklik edildi  |     13:07 AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub  |     13:05 Leyla və Arzu Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkiblər - FOTO  |     12:57 Faşizm üzərində qələbədən 80 il ötür  |     12:55 Alyona Əliyeva 9 May münasibətilə paylaşım edib - FOTO  |     12:35 Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu  |     12:31 Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? - Rusiyalı həkim miqdarı açıqladı  |     12:30 Sakinlər qorxu içində: Binanın üzlük daşları hər an faciəyə səbəb ola bilər - VİDEO  |     12:23 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR - VİDEO  |     12:20 Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı? - VİDEO  |     12:15 "BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB  |     12:02 Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır - Molla isə maklerlik edir (VİDEO)  |     11:58 DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"  |     23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |     22:55 Bakının bu ərazisində evlər söküləcək  |     22:43 Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi  |     22:37 Papa seçimi: Bağlı qapılar arxasında inanılmaz detallar - Bu qidalar niyə qadağandır?  |     22:31 Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş  |     22:22 Həkimlərin bonusları 6 aydır niyə ödənilmir? (AÇIQLAMA)  |    

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

Bu gündən Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək.

Xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi" vasitəsilə hazırlanacaq.

Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini e-imza ilə təsdiq edərək işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ƏƏSMN ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.

Nəticədə işəgötürənlər bu e-bülletenləri ƏƏSMN-in müvafiq informasiya sistemindən, tibb işçiləri isə "e-Səhiyyə" portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

Bundan əlavə, elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 01.05.25 11:29