13 yaşlı qızdan 82 min manatlıq qızıl alan oğlanın cəzası artırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |    

13 yaşlı qızdan 82 min manatlıq qızıl alan oğlanın cəzası artırıldı

Bakıda 13 yaşlı qızı aldadaraq külli miqdarda qızıl və pul aldığına görə məhkum edilmiş şəxsin cəzası ağırlaşdırılıb.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlilabad rayonu, Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü E.Məmmədova verilmiş 6 il həbs cəzasından apellyasiya şikayəti verilib.

Həm dövlət ittihamçısı, həm də zərərçəkmiş tərəf cəzanın ağırlaşdırılmasını, məhkum isə ona bəraət verilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə yeniyetmə qızı aldadaraq 82 min manatlıq qızıl və pul almış E.Məmmədovun barəsindəki hökm dəyişdirilib. Ona 10 il 6 aylıq həbs cəzası verilib.

Gənc oğlan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.

İstintaqla müəyyən edilib ki, E.Məmmədov "Instagram" sosial şəbəkəsində orta məktəbin 7-ci sinif şagirdi olan Aytacla (ad şərtidir) tanış olub. Onların arasında səmimi münasibət yaranıb və E.Məmmədov yeniyetmə qıza biznes qurmaq istədiyini bildirib.

Bundan sonra Aytac yaşadığı evdəki seyfdən gizli şəkildə 2 500 manat, 3 min dollar və 80 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki binanın dəhlizində E.Məmmədova verib.

Hadisənin üstü açılandan sonra Aytac E.Məmmədovun ona hədə-qorxu gələrək pul və qızılları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb. Lakin məhkəmə istintaqı zamanı hədə-qorxu iddiası təsdiqini tapmayıb və gənc oğlanın məktəbli qızı aldadaraq külli miqdarda qızıl və pul alması müəyyən edilib. Bu səbəbdən məhkəmə ona dələduzluq cinayəti üzrə cəza təyin edib.

Qeyd edək ki, E.Məmmədov əldə etdiyi pul və qızıl-zinət əşyaları vasitəsilə özünə 8-ci kilometr bazarında ayaqqabı mağazası açıbmış.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 28.04.25 14:22