Arktika əriyir: Buzlaqların sahəsi tarixi minimuma çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |    

Arktika əriyir: Buzlaqların sahəsi tarixi minimuma çatdı

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) alimləri həyəcan təbili çalırlar.

Şimal Buzlu Okeanda Arktika buzlaqlarının sahəsi bütün müşahidə tarixi ərzində rekord səviyyəyə enib.

Oxu.Az-ın xəbərinə görə, bu sarsıdıcı məlumatlar Arktikada buz örtüyünün monitorinqini aparan Yaponiyanın "Sidzuku" peyki sayəsində əldə edilib.

JAXA-nın məlumatına görə, adətən qışda artan və martda pik həddinə çatan buzlaqların sahəsinin maksimal həddi bu il martın 20-nə cəmi 13.79 milyon kvadrat kilometr təşkil edib. Bu, 1979-cu ildən başlayaraq bütün 46 illik tədqiqat dövrü üçün mütləq minimumdur.

Alimlər Arktikanın buz örtüyünün sürətlə azalmasını insan fəaliyyətinin əmələ gətirdiyi qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Arktikada buzlaqların əriməsi hava şəraitinin dəyişməsi, dəniz ekosistemlərinin pozulması və Dünya okeanının səviyyəsinin yüksəldilməsi də daxil olmaqla, ciddi nəticələrə səbəb ola bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 21.04.25 12:13