Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |    

Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib

Nazirlər Kabineti "Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları"nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar "Aviasiya haqqında" qanuna uyğun hazırlanıb və hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları, məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların təşkilinə dair tələbləri müəyyən edir.

Qaydalarla tənzimlənməyən məsələlər "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 2 nömrəli Əlavə - "Uçuşların qaydaları" və 6 nömrəli Əlavə - "Hava gəmilərinin istismarı" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir.

Qaydalarda istifadə olunan anlayışlar qanunla və digər normativ hüquqla müəyyənləşdirilmiş mənaları ifadə edir.

Hava gəmisi ilə insanların həyatına və sağlamlığına və ya əmlakına təhlükə yarada biləcək uçuşların yerinə yetirilməsinə yol verilmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 14.04.25 17:49