"SpaceX" 20-30 ildən sonra Marsda muxtar sivilizasiya yaratmağa hazırlaşır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu  |     22:57 Bakıdakı yeni park belə olacaq (VİDEO)  |     22:50 Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?  |     22:42 Məşhur tikinti şirkəti yarım milyon borca düşdü  |     22:36 Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib  |     22:29 "Golden Beach"də faciə: Cəryan vurub öldürdü  |     22:23 DGK Çin şirkətindən 3 milyonluq müşahidə avadanlığı alır  |     22:17 6 min manat müavinəti kimlər və necə ala bilər?  |     22:10 Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib  |     22:02 Arzu Əliyeva Leyla Əliyevanı təbrik etdi - VİDEO  |     21:55 Rusiyada iki azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO  |     21:46 Ermənistan ordusunun azərbaycanlı əsirlərə işgəncələri barədə məhkəmədə ifadələr dinlənilib  |     21:38 Rusiya konsulu "Sputnik Azərbaycan"ın həbsdə olan redaksiya rəhbərliyi ilə görüşüb  |     21:33 Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib  |     21:25 Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb  |     21:18 Ötən ay 17 aptekdə yoxlama aparılıb  |     21:13 Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb  |     21:05 Beyləqanda 16 yaşlı oğlan kanalda batıb  |     21:02 "Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxıldı  |     21:00 FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib  |    

"SpaceX" 20-30 ildən sonra Marsda muxtar sivilizasiya yaratmağa hazırlaşır

"SpaceX" şirkəti 20-30 ildən sonra Marsda Yerdən dəstəyə ehtiyac duymayacaq sivilizasiya yaratmağı planlaşdırır.

Bu barədə şirkətin sahibi İlon Mask "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz Marsa getmək istəyən hər kəsi göndərmək və nəticədə, orada özünü təmin edə biləcək sivilizasiya qurmaq istəyirik. Şirkətin uzunmüddətli məqsədi budur: elə edək ki, müxtəlif planetlərdə həyat olsun. Düşünürəm ki, biz bunu 20-30 il ərzində edə bilərik", - deyə Mask vurğulayıb.

Martın 15-də Mask "Optimus" adlı insanabənzər robotu ilə "Starship" kosmik gəmisinin 2026-cı ilin sonunda Marsa göndəriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Marsa robotla uçuşlar uğurlu olarsa, o zaman 2029-cu ildə içərisində insanların olduğu gəmilər göndərilə bilər.

Tərtibatçının planlarına əsasən, "Starship" kosmik sistemi universal olacaq və Yerə yaxın orbitə pilotlu uçuşlar, peyklərin buraxılması, Aya və Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün müxtəlif versiyalarda istifadə oluna biləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 20.03.25 11:56