Mojo.az — elanlar
Son Xəbərlər
21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib

03.07.2025 22:36 678
Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib
Yaponiyanın cənubundakı Tokara adalarında son iki həftə ərzində 900-dən çox yeraltı təkan qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, ciddi dağıntılar müşahidə olunmasa da, Yaponiya Meteorologiya Agentliyi zəlzələlərin nə zaman dayanacağını proqnozlaşdıra bilmədiklərini etiraf edib.

Agentliyin nümayəndəsi Ayataka Ebita bildirib ki, 21 iyun tarixindən etibarən Tokara adaları zəncirinin ətrafındakı dəniz akvatoriyasında seysmik fəallıq xeyli artıb. O, sakinlərin mümkün güclü zəlzələlərə qarşı sığınacaq və ya təxliyəyə hazır olmaları lazım gəldiyini vurğulayıb.

Yerli KİV-in verdiyi məlumata görə, təkcə ötən 10 gün ərzində 740 yeraltı təkan baş verib. Bütün zəlzələlər Yaponiyanın 7 ballıq seysmik intensivlik şkalasına əsasən 1 bal və ya daha yüksək səviyyədə qeydə alınıb.

Tokara arxipelaqına daxil olan 12 uzaq adadan 7-si məskunlaşıb və orada təxminən 700 nəfər yaşayır. Yerli sakinlər davamlı yeraltı təkanlar səbəbilə yuxusuzluq və narahatlıq yaşadıqlarını bildirirlər.

"Yer sanki dayanmadan titrəyir. Yatmaq belə qorxulu hala gəlib", deyə adalardan birinin sakini yerli mətbuata bildirib.

Rəsmi statistikaya görə, gündəlik zəlzələlərin sayı 23 iyunda maksimum səviyyəyə – 183 təkanadək yüksəlib. Sonra bu göstərici 26 iyunda 15-ə, 27 iyunda isə 16-ya düşüb. Lakin 28 iyunda rəqəm yenidən artaraq 34-ə, 29 iyunda isə 98-ə çatıb. 30 iyun tarixində 62 zəlzələ qeydə alınıb.

Ekspertlər bildirir ki, Tokara adaları ətrafındakı qeyri-adi relyef dəniz dibinin altında təzyiqin toplanmasına səbəb olur və bu, daha sonra zəlzələlər şəklində boşalır.

Bu həftə Yaponiya hökuməti növbəti onilliklər ərzində Sakit okean sahillərində baş verə biləcək "meqa zəlzələ”yə qarşı hazırlıqların gücləndirilməli olduğunu bəyan edib. Mart ayında hökumətin yenilənmiş qiymətləndirməsinə əsasən, bu regionda baş verə biləcək və sunami ilə müşayiət olunacaq güclü zəlzələ 298 min insanın həyatına son qoya, iqtisadi itkilər isə 2 trilyon dolları keçə bilər.

Son xəbərlər