Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi |
Mojo.az Avto
Mojo.az Avto

Egey dənizində "zəlzələ fırtınası" davam edir: Növbəti təkanlar qeydə alındı (YENİLƏNİB)

03.02.2025 14:17 1 209
Egey dənizində
Egey dənizi ardıcıl zəlzələlər davam edir. Türkiyə vaxtı ilə saat 11:13-də Egey dənizində növbəti təkan qeydə alınıb.

Median.Az
-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, bu gün saat 10:58-də 4.4, saat 10:09-da isə 4.2 bal gücündə zəlzələlər qeydə alınıb.

AFAD-ın bununla bağlı verdiyi açıqlamada 28 yanvar 2025-ci il tarixindən etibarən bölgədə intensivləşməyə başlayan zəlzələlərin sayının 400-ü keçdiyi bildirilib.

"Zəlzələ fırtınası şəklində davam edən bu aktivlik nəticəsində indiyə qədər qeydə alınan ən böyük zəlzələ 4.8 gücündədir. Zəlzələlər Santorini adasından təxminən 25 km şimal-şərqdə artmaqdadır və dərinlikləri 5 ilə 25 km arasında dəyişir", - deyə məlumatda bildirilib.

Qurumdan həmçinin bildirilib ki, ölkənin sahillərinə ən yaxın zəlzələ 140 km aralıda baş verib:

"Eyni bölgədə 2011-2012-ci illərdə də oxşar intensiv seysmik aktivlik baş verib və 14 ay davam edən bu aktivlik heç bir vulkanik fəaliyyətlə nəticələnməyib".

* * * * *

Egey dənizində fevralın 1-dən 3-dək ən kiçiyi 1.3 bal, ən böyüyü 4.8 bal olmaqla, 48 saat ərzində 200-dən çox təkan qeydə alınıb.


Oxu.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, yanvarın 2-də saat 20:41-də episentri Egey dənizi olan 4.5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanların ocağı 10.45 kilometr dərinlikdə olub.

Daha sonra saat 20:45-də 4.4 bal gücündə ardıcıl iki yeraltı təkan qeydə alınıb.

Yanvarın 3-də saat 07:20-də Egey dənizində 3.9 bal gücündə daha bir zəlzələ baş verib.

Son xəbərlər