Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Egey dənizində güclü zəlzələ olub

18.02.2025 11:39 690
Egey dənizində güclü zəlzələ olub
Egey dənizində 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zəlzələ ocağının 1-5 kilometr dərinlikdə yerləşməsi onun vulkanik mənşəli olduğunu göstərir.

İnsan itkisi və dağıntı barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, yanvar ayından etibarən Egey dənizində seysmik aktivliyin əhəmiyyətli dərəcədə artması müşahidə olunur.

Son xəbərlər