Mojo.az Banner
23:01 Bu ərazilərdə işıq kəsiləcək  |     22:53 "Kəpəz" son Azərbaycan çempionu "Sabah"a səfərdə qalib gəldi  |     22:45 Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından silinib  |     22:37 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq  |     22:27 BDYPİ skuter istifadəçilərinə çağırış edib  |     22:25 Məhkəmədə hakimə: “Məni buraxın camaatın pulunu verim”  |     22:19 Etibar Məmmədov oğurluq edən yeniyetməni bağışladı  |     22:16 Mikayıl İsmayılovun nəvəsinin anası həbs edildi - Yenilənib (FOTO)  |     21:58 Bakıda ictimai nəqliyyatda böyük dəyişiklik: Sərnişinləri nə gözləyir?  |     21:55 Kreditlə plastik əməliyyat etdirənlərə RƏSMİ XƏBƏRDARLIQ  |     21:51 Bakıda dəvənin dirəyə bağlanmasının səbəbi bilindi - Video  |     21:49 Türkiyədə Hanta virusu yayılır: Azərbaycanda risk nə qədərdir?  |     21:44 Gədəbəydə müəllim dünyasını dəyişdi  |     21:38 Növbəti torpaq hərracları keçiriləcək  |     21:33 Qanunsuz mərc oyunlarına nəzarət artırılır  |     21:26 "Qarabağ" 74 min manatdan çox cərimələndi  |     21:19 UNEC ailəsinə ağır itki  |     21:14 Sevdiyi qızı qaçıran şəxsə və dostuna hökm oxundu  |     21:08 "Qarabağ hərəkatı bizim üçün ölümcül səhv idi" - Paşinyan  |     21:01 Naxçıvanda maşın aşdı  |    
Left Banner
Right Banner

"Qələbə dairəsi"dən "20 Yanvar" dairəsi istiqamətində asfaltlanma işləri yekunlaşıb

09.09.2024 16:26 1 704
Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir.

Median.Az
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan təmir işləri çərçivəsində küçənin "Qələbə dairəsi"dən "20 Yanvar" dairəsi istiqamətində asfaltlanma işləri artıq yekunlaşıb. Bu gündən etibarən küçənin əks istiqaməti üzrə, yəni "20 Yanvar" dairəsindən "Qələbə dairəsi" istiqamətində təmir işlərinə start verilir.

Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, ərazi asfaltlanma üçün hazır vəziyyətə gətirilir. Ardınca isə "İnşaat Norma və Qaydaları"na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.

Qeyd edək ki, aparılan təmir işləri ilə əlaqədar küçə boyu hissə-hissə avtonəqliyat vasitələrinin hərəkəti məhdudlaşdıraraq alternativ küçələrə yönəldilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.скачать dle 11.3
Mojo.az Banner