Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir? - AÇIQLAMA

04.09.2024 15:30 1 920
Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir? - AÇIQLAMA
Azərbaycanda son illər metro stansiyalarının girişində təhlükəsizlik səbəbi ilə X-Ray cihazlarından istifadə olunur. Bu cihazlar vasitəsi ilə əl yüklərində olan hər bir obyekti görmək mümkündür. Hər bir əşya cihazda fərqli rəngdə göstərilir. Beləliklə, müxtəlif rənglər sayəsində bütün üzvi, metal və qeyri-üzvi komponentlər rentgen şüaları vasitəsilə aşkar edilə bilir.
 
Eyni zamanda içərisində qidalar olan əl çantalarımızı da X-Ray cihazlarında keçiririk. Cihazların yaydığı şüaların qidalarımıza təsir edib-etməməsi hər zaman müzakirə olunur.
 
Qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərov modern.az-a açıqlamasında bildirib ki, cihaz istehsalçıları X-Ray cihazlarından yayılan radiasiyanı məhdudlaşdırmaq üçün müxtəlif ehtiyat tədbirləri görür və məhsullarını buna uyğun istehsal edirlər. Bunun üçün qurğuşun təbəqələr və ya panellərlə örtülmüş cihazlar istehsal olunur:
 
“X-Ray cihazlarından yayılan şüaların qida ilə qarşılıqlı əlaqədə olmadığı məlumdur.  Yəni cihazlardan alınan radiasiyanın kiçik dozasının qida və içkilərin tərkibində heç bir dəyişikliyə səbəb olmadığını bilirik. Mövzu ilə bağlı əhəmiyyətli bir araşdırma ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılmışdır”.
 
Fərid Səfərov bildirib ki, rentgen şüaları keçdiyi maddələrə radioaktiv xüsusiyyətlər vermir. “Şüalar maddənin içindən keçərək yollarına davam edirlər. Onun keçdiyi materiala radiasiya yükləmək qabiliyyəti yoxdur. Bu səbəblə, rentgen cihazlarından keçən qidaları istehlak etməyin heç bir yan təsiri məlum deyil. Bundan əlavə, qida sənayesində rentgen qidaların sterilizasiyası və saxlama müddətinin uzadılması kimi sahələrdə istifadə edilir.

X-Ray cihazlarından keçən qidalar orta hesabla 0,2 milliard, ətrafdakı insanlar isə 0,02 millirad şüalanmaya məruz qalır. (Qanuni limit 0,5 milliraddır). Rentgen aparatından yayılan miqdar insanın hər il aldığı radiasiyanın miqdarından 200 dəfə azdır” - deyə o bildirib. 

Son xəbərlər