Mojo.az Banner
20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Yanvardan evlərin qiyməti ucuzlaşacaq?

22.11.2025 21:21 783
Yanvardan evlərin qiyməti ucuzlaşacaq?
"Yanvar ayından hər hansı ucuzlaşma ehtimalı proqnozlaşdırılmır. Sadəcə 2026-cı il xərclərin optimallaşdırılması ili olacaq və yeni yanaşma metodlarını görəcəyik. Bu da daşınmaz əmlak bazarına təsir göstərəcək”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, gələn il bir sıra yerlərdə söküntü prosesləri davam edəcək, eyni zamanda yeni binalar tikiləcək:

"Həmçinin bəzi söküntü olan yerlərdə binaların yerində parkların salınması planlaşdırılır. Buna görə, daşınmaz əmlak bazarına müraciətlərin sayı heç də az olmayacaq.

Daşınmaz əmlakın dəyəri o zaman stabilləşir və yaxud aşağı düşür ki, ölkədə birja formalaşsın, vətəndaşlar investisiyanı şirkətlərə, banklara yatıra bilsin və öz aylıq, illik gəlirlərini əldə edə bilsin. Hələlik birja tam formalaşmadığına görə daşınmaz əmlak və o cümlədən zinət əşyaları, xüsusən də qızıl yeganə vasitədir ki, vətəndaşlar və sahibkarlar ona investisiya qoyur.

Pandemiyadan sonra məlum oldu ki, fəal biznes bir çox hallarda gözlənilməyən səbəblər ucbatından dayana bilər, gəlir gətirə bilməz, iş yerləri bağlana bilər. Ona görə, daha çox dünya passiv gəlirlərə üstünlük verir. Passiv gəlirlər içərisində də dayanıqlı gəlir məhz kirayədən və yaxud da icarədən gələn gəlirdir.

Belə ki, bu həm daşınmaz əmlakın ildən-ilə qiymətinin artması ilə nəticələnir, həm də stabil gəlir əldə etmək imkanları yaradır. Daşınmaz əmlak və qızıl məmulatları hazırda investisiya üçün cəlbedici olduğuna görə düşünürəm ki, 2026-cı ildə hər hansı ciddi qiymət azalması olmayacaq”.//Baku.wsскачать dle 11.3
Mojo.az Banner