Mojo.az Banner
19:42 Ali təhsil müəssisələrinə sınaq imtahanına qeydiyyat elan edildi  |     19:37 Qadın sürücü “Range Rover”i aşırdı - Video  |     19:29 "Biz müharibəyə hazırlaşırıq" - Lukaşenko  |     19:24 Nizami Kino Mərkəzi müdaxiləyə məruz qaldı - FOTO  |     19:16 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:10 Tonali "Real"a keçə bilər  |     19:03 Müdafiə Nazirliyinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi  |     18:58 İran Hörmüz boğazından istifadə ilə bağlı müqavilə təklif edir  |     18:51 Azərbaycan bu pakistanlını Tacikistana verdi  |     18:48 İran İordaniyada ABŞ qırıcılarına zərbə endirdiyini bildirib  |     18:40 Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb  |     18:32 Bakıda yaşayış binasında yanğın - Video  |     18:21 Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü  |     18:11 Cevdet Yılmaz: "Azərbaycanla əlaqələrimiz "bir millət, iki dövlət" anlayışına söykənir"  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:45 İranın unikal mühəndislik tikilisi dağıdıldı  |     17:39 Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı  |     17:29 Azərbaycanda veteran futbolçu vəfat etdi  |     17:26 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu tarixdən hava KƏSKİN PİSLƏŞİR  |     16:58 Güclü küləklə bağlı xəbərdarlıq edildi  |    
Left Banner
Right Banner

Günəş sistemi kosmosda sürətlə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir

22.11.2025 22:56 624
Günəş sistemi kosmosda sürətlə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir
Günəş sistemi Kainatda standart kosmologiyanın proqnozlaşdırdığından daha sürətlə hərəkət edir.

Qaynarinfo xəbər verir ki, "Earth.com"un yazdığına görə, Almaniya alimləri qalaktikaları araşdıraraq onların kosmik izlərinin nəzəriyyənin proqnozlarını üstələdiyini müəyyən ediblər.

"Physical Review Letters" jurnalında dərc olunan yeni radiogalaktika araşdırması, kosmik cisimlərin hərəkətinə dair standart mənzərəni təsdiqləmədi. Müəlliflərin göstərdiyi uyğunsuzluq isə ya kosmoloji modellərin , ya da genişmiqyaslı müşahidələrin hansısa mühüm amili nəzərə almadığını göstərə bilər.

Almaniyanın Bilefeld Universitetindən astrofizik Lukas Beme başda olmaqla tədqiqat qrupu uzaq qalaktikaların radio müşahidələrini aparıb. Məqsəd, Kainatın təsvirinin reallığa nə dərəcədə uyğun olduğunu yoxlamaq olub.

Kosmik hərəkət üçün istifadə olunan standart istinad sistemi erkən və isti Kainatdan qalan zəif elektromaqnit fonuna əsaslanır. Bu fon göstərir ki, Günəş sistemi müəyyən istiqamətdə sürətlə hərəkət edir. Bu hərəkət isə qalaktikaların sayında proqnozlaşdırılan iz buraxmalıdır.

Bu, eyni zamanda kosmoloji prinsipin – Kainatın bütün istiqamətlərdə eyni görünməsi ideyasının – təsdiqidir. Bu prinsipə görə, Günəşin hərəkəti nəzərə alındıqdan sonra aparılan qalaktika müşahidələrində bütün istiqamətlərdə demək olar ki, eyni sayda mənbə qeydə alınmalıdır.

Komanda güclü radio dalğaları yayan qalaktikalara diqqət yetirib. Radio dalğaları görünən işığı bloklayan toz buludlarını keçdiyi üçün adi təsvirlərdə görünməyən qalaktikaları aşkar etməyə imkan verir.

Günəş sisteminin hərəkəti nəzərə alınarsa, hərəkət istiqamətində daha çox, arxada isə daha az radiogalaktika tapılmalıdır ki, bu da statistik uyğunsuzluq yaradır. Tədqiqatçılar bu uyğunsuzluğu ölçmək üçün böyük radiomənbə xəritələrini birləşdiriblər. Söhbət şimal səmasının təxminən dörddə birində yerləşən təqribən dörd milyon radiomənbədən gedir.

Beme və həmkarları qalaktikaların sayını dəqiq hesablamaq üçün mənfi binom bölgüsünə əsaslanan model hazırlayıblar. Bu statistika üsulu hədsiz səpələnmiş hesab məlumatlarını emal etməyə imkan verir. Bu metod sayəsində bir neçə komponentli radiomənbələr bir mənbə kimi qiymətləndirilə bilir.

Alimlər həmçinin məlumatları və əvvəlki ehtimalları birləşdirərək yeniləyən qiymətləndirmə üsulu yaradıblar. Bu üsul müxtəlif səma müşahidələrinin həssaslığını nəzərə alaraq qalaktika dipolunun gücünü və istiqamətini müəyyən edir.

Üç böyük kataloqun məlumatları üzərində aparılan ölçmələr, qalaktikaların və Günəş sisteminin dəqiq sürətini ortaya çıxarıb. Geniş şəkildə qəbul edilən Günəş sisteminin sürəti təxminən 827 000 kilometr/saatdır. Bu sürət qalaktika müşahidələrinin həm istiqamət, həm də güc baxımından uyğunlaşmalı olduğu standartı müəyyən edir. Lakin yeni araşdırmanın nəticələri standart kosmologiyaya əsaslanan gözləntilərlə ziddiyyət təşkil edir. Qalaktikaların buraxdığı izlərin gücü və miqyası alimlərin əvvəlki fərziyyələrini yenidən nəzərdən keçirməyə vadar edir.

Gələcək tədqiqatlarda radio dalğalarındakı artığın daha sərt nəzarət və kalibrləmə tətbiq olunduqdan sonra da qalılıb-qalmayacağı araşdırılacaq. Uyğunsuzluq bu sınaqdan keçərsə, kosmoqoqlar çətin, lakin maraqlı seçim qarşısında qalacaqlar: ya böyükmiqyaslı homogenlik fərziyyəsi doğru deyil, ya da materiyanın Kainatda necə paylandığını müəyyən edən naməlum bir amil mövcuddur.скачать dle 11.3
Mojo.az Banner