Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Ekspertlərin seçimi: Qış səyahətləri üçün ən yaxşı 5 elektromobil

22.11.2025 22:16 978
Ekspertlərin seçimi: Qış səyahətləri üçün ən yaxşı 5 elektromobil
Elektromobilin qış səyahətləri üçün seçimi ən asan tapşırıq deyil. Soyuq hava şəraitində tam elektrikli modellərin mənzili əhəmiyyətli dərəcədə azalır və avtomobilin idarə edilməsi daha çətinləşir.

BGR qış səyahətləri üçün ən yaxşı 5 elektromobili seçib. Ekspertlərin sözlərinə görə, bu modellər mürəkkəb istismar şəraitinin öhdəsindən gələ bilir.

Audi e-tron

Nəşrdə qeyd olunub ki, 2022-ci ildə "Audi" şirkəti öz elektrokrossoverinin sərt qış şəraitinin öhdəsindən gəlib-gələ bilməyəcəyini yoxlayıb. "Norveç qışının öhdəsindən gəlirik" adlı tədqiqatda avtomobil istehsalçısı 36 yaşlı yerli sakin Lizelott Lundanın "Audi e-tron 55 quattro" almasından danışıb. Qadın bölüşüb ki, bu model gecə görmə sistemi və tam "Audi Quattro" sükanı də daxil olmaqla bir çox faydalı funksiya təklif edir.

Bundan əlavə, Lunde bildirib ki, "Audi e-tron 55 quattro" qış səyahətləri üçün kifayət qədər olan böyük mənzil təklif edir. "Audi"nin işçisi Pyer Voltman danışıb ki, bu elektrokrossover intellektual istilik tənzimləmə sisteminə malikdir ki, bu da salonu və batareya qabını lazımi temperatur rejimində saxlamağa imkan verir.

Tesla Model X

Həmçinin nəşrdə "Tesla Model X"ə diqqət yetirmək tövsiyə olunub. Jurnalistlər qeyd ediblər ki, bu model müasir texnologiyalar təklif edir və tam ötürmə sayəsində qarlı yollarda səyahət üçün uyğundur.

Xatırladılıb ki, "Tesla Model X"də hava şassisi var ki, bu da yol klirensinin hündürlüyünü tənzimləməyə imkan verir. Bunun sayəsinde elektrokrossover dərin qarda və ya təmizlənməmiş qış yollarında sürüş üçün qalxa bilir.

Bundan əlavə, "Tesla Model X"in böyük mənzili var. Nəşrdə qeyd olunub ki, sınaqlar zamanı model sıfırın altındakı temperaturda elan edilmiş mənzilin təxminən 89%-ni qoruyub saxlayıb.

Hyundai Ioniq 5

Nəşrdə deyilib ki, "Hyundai Ioniq 5" müəyyən edilmiş güc üçün cərəyanı azaldan, rezistiv itkiləri azaldan və soyuq şəraitdə doldurma səmərəliliyini yaxşılaşdıran 800 voltluq arxitektura malikdir. Təxminən -6,6 dərəcə Selsi temperaturunda keçirilən sınaqlar zamanı tam ötürməli Ioniq 5, 314 kilometr məsafə qət edə bilib.

Nəşrdə xəbərdarlıq edilib ki, "Hyundai Ioniq 5"in soyuq havada doldurma sürəti əhəmiyyətli dərəcədə azala bilər. Lakin, batareya qabının optimal temperaturuna çatdıqdan sonra doldurma sürəti daha sürətli olur.

Kia EV9

Nəşrdə qeyd olunub ki, böyük elektrokrossover "Kia EV9" qışda səyahəti daha rahat edən qış paketi ilə təklif olunur. Bu model qış sınaqları zamanı batareyanın 80% doldurulma vəziyyətində 311 kilometr məsafə qət edib ki, bu da kifayət qədər yaxşı nəticədir.

Bundan əlavə, "Kia EV9" batareya qabını optimal səviyyəyə qədər qızdırmaq sistemini əldə edib. Üstəlik, tam ötürmə sistimi sürüşkən yolda yaxşı sabitlik təmin edir.

Polestar 2

Nəşrdə təsdiq edilib ki, "Polestar 2" rəqibləri arasında qış şəraitində mənzili nə qədər yaxşı qoruyub saxlaması ilə fərqlənir. Kanada Avtomobil Assosiasiyası tərəfindən həyata keçirilən qış mənzili testinə görə, bu model ətraf mühitin -7 ilə -15 dərəcə Selsi arasında dəyişdiyi temperaturda elan edilmiş mənzilin cəmi 14%-ni itirib.

"Polestar 2"nin idarəolma keyfiyyəti yüksək qiymətləndirilib. Bu model qışda belə əla sabitlik təmin edən tam ötürmə ilə təklif olunur.
//valyuta.az

Son xəbərlər