Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Dollara tələbin artması nə ilə bağlıdır? - FOTO

13.02.2024 19:09 4 047
Dollara tələbin artması nə ilə bağlıdır? - FOTO
“Valyutadəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir”.

Bunu iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.


O bildirib ki, bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb.

“Bankların bugünkü sifarişi 151,1 milyon dollar olub. Bütövlükdə, bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370,9 milyon dollar satılıb. Bu gün hərracda yüksək sifariş heç də 13-ün “nəhs rəqəm” hesab edilməsi ilə bağlı deyil, rekord məbləğ satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir.

Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq, aktiv valyutadəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1,7 müəyyənləşdiriblər. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil.

Dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq, Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir. Bu dönəmdə tənzimləyici tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir”, - deyə deputat qeyd edib.

Son xəbərlər