Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub

Bu gün Bakı və Sumqayıtda dəm qazının normadan yüksək olduğu müəyyən edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1,3, azot (IV) oksid 1,2, Sumqayıt şəhərində dispers toz hissəcikləri və dəm qazı 1,1 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot (IV) oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 29.11.23 17:50