Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

“2019-cu ildən bu günə qədər Azərbaycanda 484 uşaq övladlığa verilib”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Himayədar ailə modelindən danışan nazir müavini bildirib ki, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb, tərbiyə almasının təmin edilməsidir:

“Bu günə qədər 326 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 423 uşaq isə müəssisələrdən ailələrinə inteqrasiya edilib. Nazirlik valideynlik vəzifələrini icra etməyən və ya valideynlik hüquqlarından sui-istifadə edən valideynləri çəkindirmək, uşaqların maraqlarını qorumaq məqsədilə məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddialar qaldırmaq səlahiyyətinə də malikdir. Hazırda nazirliyin iddiaçı olduğu altı məhrumetmə və bir məhdudlaşdırma olmaqla yeddi belə iş üzrə məhkəmə icraatı aparılmaqdadır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 122 29.11.23 17:00