Tokayev: “Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Tokayev: “Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakını Xəzər regionunun mirvarisi və dünyanın ən gözəl şəhərlərindən biri adlandırıb.

Qazaxıstan liderinin mətbuat xidməti xəbər verir ki, o, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O, əlamətdar hadisə - ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təmin edilməsi münasibətilə Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını təbrik edib:

“Bu, sizin güclü rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə, xalqın rifah halının yaxşılaşdırılmasına, Bakının dünya birliyində nüfuzunun artırılmasına yönəlmiş uzaqgörən və müdrik siyasətiniz sayəsində mümkün olub. Hesab edirəm ki, bu, həqiqətən də tarixi hadisədir”.

Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir:

“Yeni layihələr meydana gəlir. Biz təbii strateji tərəfdaşıq, Xəzər dənizinin sahil ölkələri olaraq qonşuyuq. Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin qəbulu, eləcə də Ali Dövlətlərarası Şuranın yaradılması tarixi əhəmiyyət kəsb edib. Mən tamformatlı nümayəndə heyətini Bakıya gətirmək qərarına gəldim, çünki hesab edirəm ki, bugünkü görüş, əslində, Azərbaycanla tamformatlı danışıqlardır və iki ölkə arasında qarşılıqlı fəaliyyətin geniş spektri üzrə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 947 24.11.23 15:37