Mojo.az Banner
16:24 Bakıda DƏHŞƏTLİ HADİSƏ - İki nəfər yanaraq öldü  |     15:25 Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib  |     15:11 Dövlət orqanlarının məlumat bazalarına kiberhücum edən şəxsin cəzası azaldılıb  |     14:59 Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər  |     14:58 Alyona Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO  |     13:50 Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb  |     13:42 Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı  |     13:37 Şənbə günü hava yağmursuz keçəcək  |     13:34 Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü  |     13:22 Suriyadan gətirilən ana və uşaqları sosial xidmət müəssisəsinə yerləşdirildilər  |     13:07 Altı milyon manatlıq mənimsəmədə ittiham olunan MN-in sabiq xidmət rəisinin cəzası azaldıldı  |     13:00 Sahibkarlara ŞAD XƏBƏR: Yoxlamalar daha bir il olmayacaq  |     12:47 Bakıda restoranda ad günü məclisində artıq yazılmış hesaba görə dava düşdü: Həbs olunan var  |     12:41 Gürcüstandan Azərbaycana ekstradisiya edilən şəxslər DGK-dakı qaçaqmalçılıq işi üzrə axtarışda olublar  |     12:33 Göygöldə adam bıçaqladı, Daşkəsəndən qohumu ilə birgə mal-qara oğurladı - Məhkəmə işi  |     12:10 Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib  |     12:10 Bakıda 60 yaşlı kişi iynədən şoka düşüb öldü - TƏFƏRRÜAT  |     12:09 Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlanıb - Video  |     12:06 Bakı Dəmiryol Vağzalında ölüm  |     12:04 Azərbaycan nefti ucuzlaşıb  |    
Left Banner
Right Banner

Hindistanda 41 inşaatçı 11 gündür tunelin dağıntıları altında qalıb

24.11.2023 14:22 1 917
Hindistanda 41 inşaatçı 11 gündür tunelin dağıntıları altında qalıb
Hindistanın Uttarkand əyalətinin kiçik Uttarkaşi şəhərində dağılmış yol tunelindən inşaatçıların xilas edilməsi əməliyyatı 11-ci gündür ki, davam edir.

İnşaatçılar inşa etdikləri 4,5 kilometrlik yeraltı tunelin bir hissəsinin sürüşmə nəticəsində uçmasından sonra dağıntılar altında qalıblar. İnsident noyabrın 12-də baş verib.

Tikinti dağlıq ərazilərdə getdiyindən işçiləri tuneldən çıxarmaq çox çətindir. Qazma qurğuları artıq bir neçə dəfə xarab olub, hətta onlardan biri artıq sıradan çıxıb.

Buna baxmayaraq, xilasedicilər kiçik diametrli boru vasitəsilə inşaatçılara oksigen verilməsini təmin edə biliblər. Noyabrın 20-dən etibarən daha enli yeni boru vasitəsilə onlara düyü və mərcimək olmaqla isti yemək verilməyə başlayıb. İşçilər qohumları ilə smartfon və videozənglər vasitəsilə əlaqə saxlayırlar.

Xilasedicilər artıq 46 metr dərinliyə çatıblar. İnşaatçıları xilas etmək üçün isə hələ 12 metr qalıb.

Mənbə: lenta.ruскачать dle 11.3