Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:27 Axtarışda olan 156 nəfər saxlanılıb | 18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı

23.01.2026 13:42 453
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb.

Bu barədə Təhsil Tələbə Krediti Fondu (TTFK) məlumat yayıb.

Qeyd edilib ki, 2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu yanvarı 31-i saat 23:59-da başa çatacaq. 2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə fevralı 1-i saat 00:00-dan başlayacaq.

Bildirilib ki, müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.

Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər.

Son xəbərlər