Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət orqanlarının məlumat bazalarına kiberhücum edən şəxsin cəzası azaldılıb

23.01.2026 15:11 486
Dövlət orqanlarının məlumat bazalarına kiberhücum edən şəxsin cəzası azaldılıb
Səhiyyə Nazirliyinin e-health.gov.az, Elm və Təhsil Nazirliyinin Miq.edu.az və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olmaqda təqsirləndirilən Cəlil Cəlilovun barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə reallaşan iclasda qərar qəbul olunub.

Qərara əsasən, şikayət qismən təmin edilib, C.Cəlilovun cəzası 3 ilə endirilib.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, bu iş üzrə Cavid Dünyamaliyev 5 il və Cəlil Cəlilov 4 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib.

Onlar qeyd edilən məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər. Daha sonra isə "Telegram" və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

Təqsirləndirilən Cavid Dünyamaliyev və Cəlil Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 271.3-cü (İctimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə daxilolma), 272.3-cü (Kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-1.4.2-cü (Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər