Mojo.az Banner
12:48 Maşınla motosikletçini qəsdlə vurub üstündən keçən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi  |     12:40 Sumqayıtın bir hissəsində qaz olmayacaq  |     12:37 Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib  |     12:35 Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi  |     12:29 Meteohəssas insanların NƏZƏRİNƏ - Üç gün geomaqnit qasırğası olacaq  |     12:24 Azərbaycanda əhali arasında ən çox yayılan kəskin respirator virus infeksiyaları AÇIQLANDI  |     12:18 Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb  |     12:08 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     11:58 Qubada qadını avtomobil vuraraq öldürüb  |     11:57 Yeni il işıqlarının qorxunc FƏSADLARI  |     11:56 Bakıdan Nabrana gəmi ilə: 2026-cı ilin turizm planları açıqlandı (Video)  |     11:55 Arzu Əliyeva "Harmoniya" filminin təqdimat mərasimindən paylaşım edib - FOTO  |     11:50 Amnistiya aktının icrasına başlanılıb (Yenilənib)  |     11:38 Həyat yoldaşı ilə dəm qazından boğularaq ölən Altay Cəfərov hərbçi imiş  |     11:37 Qızıl və gümüşün qiyməti rekord həddə çatdı  |     11:27 Bakıda bacı-qardaş faciəli şəkildə ÖLDÜ  |     11:21 "Gizli izləmə" kiberdələduzluğu ilə bağlı DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ (Video)  |     11:16 "Liverpul"un ulduz futbolçusu "Qarabağ"la oyunu buraxa bilər  |     23:07 Gəncədə yeniyetməni avtomobil vurdu  |     22:56 MTK-lar daxili krediti niyə azaldıblar? (VİDEO)  |    
Left Banner
Right Banner

Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var

15.07.2025 11:32 720
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olan şəxslərin cinayət işinin təfərrüatı məlum olub. Onlar Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçiriblər.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıblar.

Təqsirləndirilən 21 yaşlı Cavid Dünyamaliyev və 18 yaşlı Cəlil Cəlilovdur. Onlara qarşı Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, onlar Səhiyyə Nazirliyinin "e-health.gov.az" və Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər.

Daha sonra isə "Telegram" və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, bu iş üzrə Cavid və Cəlildən başqa şəxslər də məsuliyyətə cəlb edilib. Həmin şəxslər "Telegram" sosial şəbəkəsində "DARK MONEY CHAT" yazışma qrupunda "@Kraker", "@w1se5" və "@Mosad2x" şərti adlı istifadəçilər, eləcə də digər şəxslərdir. Onlar barəsində açılmış cinayət işi ayrıca icraata verilib.

İstintaqla müəyyən edilib ki, Cavid Səhiyyə Nazirliyinin "e-health.gov.az" sisteminə müdaxilə ilə 450 mindən çox Azərbaycan vətəndaşının şəxsi məlumatlarını ələ keçirib.

Cavid sonradan Cəlillə tanış olub. Razılığa əsasən, Cəlil "TikTok" sosial şəbəkəsində həmin məlumatları paylaşmağa başlayıb. Elanlar yerləşdirərək istənilən şəxs barəsində şəxsi məlumatları sata biləcəklərini qeyd ediblər.

Cavidin ifadəsində diqqətçəkən məqamlar var. O, ifadəsində Səhiyyə Nazirliyinin elektron sisteminə necə müdaxilə etdiyini belə danışıb:

"Səhiyyə Nazirliyinin "e-health.gov.az" sisteminə daxil olmaq üçün "script" kompüter məlumatı hazırladım. "E-health.gov.az"ın kompüter təhlükəsizliyi sistemində yaranan "Covid-19 directory" bazasındakı boşluqdan istifadə edərək sistemə sızdım. Vətəndaşların seriya nömrəsi, ünvan, şəhər kodu, yaş, doğum ölkəsi, qan qrupu, vətəndaşlıq, doğum tarixi, sənədin statusu, faktiki ünvan, tam ünvan, ailə statusu, unikal fərdi nömrə, FİN və s. kimi məlumatları əldə edib "Kamatera" şirkətinə aid virtual serverə topladım. 450 294 nəfərin məlumatı var idi.

"Discord" yazışma platformasında "Last" ləqəbli şəxslə tanış oldum. Sonra adının Cəlil olduğunu bildim. Dostlaşıb pul qazanmaq qərarına gəldik. Cəlilə "e-health.gov.az" sistemində tapdığım boşluqlar barədə məlumat verdim. Cəlil "TikTok"da vətəndaşların məlumatlarını satmaqla bağlı elanlar verdi. Sonra hüquq-mühafizə orqanları tərəfindən aşkarlanacağımızdan qorxduğum üçün elanları silməsini tapşırdım. Məlumatları başqa heç kimə vermədim".

Cavid ifadəsində Elm və Təhsil Nazirliyinin "miq.edu.az" saytında istifadəçi girişi (portal) funksiyalarının kibertəhlükəsizliyində buraxılan boşluqlardan istifadə etdiyini bildirib. Söyləyib ki, bu sistemə dəfələrlə daxil olsa da, vətəndaşlara məxsus şəxsi məlumatları öz sisteminə yükləməyib.

Cəlil də eyni məzmunlu ifadə verib. Hər iki şəxs əməllərindən peşman olduqlarını, ilk dəfədir cinayət əməli törətdiklərini deyiblər.

Məhkəmənin hökmü ilə Cavid 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəlil isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq dövründə Cavid həbsdə idi. Amma Cəlil barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. Məhkəmə Cəlilin həbs edilməsi barədə hökm çıxarıb. Cəlil məhkəmə zalında qandallanaraq cəzaçəkmə müəssisəsinə köçürülüb.скачать dle 11.3